Məlumdur ki, bələdiyyələr konkret məsələləri müzakirə edib qərar qəbul etmək üçün iclaslar keçirirlər. Və bələdiyyə iclasları bələdiyyənin əsas qərarverici orqanıdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsi məhz bu məqama həsr olunub.
Bu günkü gərgin vəziyyətdə, hər kəsin koronovirusla mübarizə apardığı bir məqamda bəs bələdiyyə iclasları necə keçirilməlidir?
Hər halda hər bir üzvün bələdiyyənin inzibati binasına dəvət edib təhlükə ilə üz-üzə qoymaq olmaz. Odur ki, təklif edərdik ki, iclaslar videokonfrans şəklində aparılsın. Və bu təcrübə artıq tətbiq edilir. istər Milli Məclsin, istərsə də bəzi mərkəzi və yerli icra strükturları tərəfindən həyata keçirilməkdədir.
Düşünürəm ki, hazırda istifadə də olan proqramları tətbiq etməklə müzakirələri onlayn şəkildə aparmaq olar. Səsverməyə gəldikdə isə, onu da proqramların imkanından istifadə etməklə həyata keçirmək mümkündür.
Hər halda ümumilkdə bu prosesin həyata keçrilməsi elə də böyük maliyyə tələb etmir. Odur ki, aprel ayında keçiriləcək iclaslarda bu addımı atmaq olar.
Bu formada keçirilən iclaslar isə görüntü olaraq çəkilir, yaddaşda saxlanılır və protokollarda məhz bu görüntülərin əsasında yazılır və müvafiq orqanlara görüntülərin surətləri də təqdim edilir. Habelə postpandemiya dövründə də qərarların operativliyini təmin etmək üçün bu addımdan istifadə etmək olar.
əlavə olaraq qeyd edim ki, iclasların onlayn-videokonfrans şəklində keçirilməsini bir sıra bələdiyyələr tərəfindən ötən illərdə irəli sürülsədə, təklif elə kağız üzərində qaldı. Ancaq indiki halda bələdiyyə iclaslarını onlayn formada keçirilməsi zəruriəti yaranıb.
P.S. Qanunda səslənən məqamları isə bir daha xatırlatmaq yerinə düşərdi.
Maddənin birinici bəndində bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırıldığı qeyd edilir. Sonra ki bəndlərdə isə qeyd edilir: