Sağlam inkişaf və Maarifləndirmə ictimai Birliyi (SiMiB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “insan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələrin təşkil edilməsinə dair video çarxların hazırlanması” layihəsi çərçivəsində iki video çarxın hazırlanmasını başa çatdırıb. Video çarxların hazırlanmasında DiN-in insan Alverinə Qarşı Baş Mübarizə idarəsi tərəfindən təşkilati dəstək göstərilib.
Birliyin sədri Anar Xəlilovun verdiyi açıqlamasında bildirib ki, Layihə çərçivəsində insan alverinə qarşı mübarizə üzrə müxtəlif problemlər və təhlükələr barəsində cəmiyyətin maariflənməsi istiqamətində üç video çarx hazırlanıb. Bu video çarxlarda cinayətkar qrupların tələsinə düşməmək üçün vətəndaşları sayıqlığı itirməməyə çağrılıb. Maarifləndirici məlumatlar və mübarizə metodları da video çarxlarda öz əksini tapıb.
Video çarxların əsasən sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.
Sağlam inkişaf və Maarifləndirmə ictimai Birliyi