"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

iqtisadi potensialın artırılmasında yerli vergi və ödənişlərin rolu barədə

--2017-04-27 / 17:14

Bu gün ölkədə  uğurla davam etdirlən iqtisadi inkişaf, müasirləşmə son dövrlər  Sumqayıt şəhərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur.   şəhərimizdə icra olunan irimiqyaslı mühüm layihələr,  yüksək şəhərsalma və yaşayış standartlarına cavab verməklə şəhərimizin  tamamilə dəyişməsinə  səbəb olmuşdur .

Prezident ilham əliyev Sumqayıt bulvarının açılışında iştirak edib, Sumqayıt bulvarı ilə tanış olub.  Dövlətimizin başçısı Sumqayıt bulvarını möcüzə adlandırıb.

Sumqayıtda möhtəşəm memarlıq üslübu ilə seçilən Heydər əliyev Mərkəzi inşa olunub. Prezident ilham əliyev Sumqayıta səfəri çərçivəsində Mərkəzin açılışında iştirak edib, görülmüş işləri yüksək qiymətləndirib.Eyni zamanda Heydər əliyev parkında gözəl şahmat Məktəbi inşa edilərək, şahmat həvəskarlarının ixtiyarına verilib. Prezident ilham əliyev Məktəbin açılışını edib və  şahmatçılarla öz tövsiyələrini verib.Sumqayıt şəhəri hal-hazırda girişindən başlayaraq xəzərin sahilinədək abad, müasir bir şəhərə çevrilmişdir. şəhərin Sahil küçəsi də tamamilə müasir görkəmdədir. Yeni inşa edilmiş incəsənət Məktəbi də şəhərin gözəl memarlıq əsərlərindən biridir. Prezident ilham əliyev bu binada da olub, azyaşlı ifaçıları dinləyib. Dram teatrı da tamamilə əsaslı şəkildə təmir olunub. Sumqayıt Bələdiyyəsi də şəhərdə görülən abadlıq və quruculuq işlərində fəal iştirak edir. Bələdiyyə parkı əsaslı şəkildə təmir olunub, oradakı fantan yenidən qurulub. Bələdiyyədə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib. Bələdiyyə üzvləri Sumqayıt turunda iştirak edib. Hesabt dövrü ərzində məhəllə komitələrinin hesabat-seçki iclasları keçirilib. Eyni zamanda Sumqayıt Bələdiyyəsi Sumqayıtın sosial-iqtisadi inkişafı mövzusunda jurnalistlər üçün yazı müsabiqəsi keçirib, qalibləri mükafatlandırıb.

“Azərbaycanda Yerli demokratiya həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib.

Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin xarici əlaqələri də möhkəmlənib, Bələdiyyənin nümayəndə heyəti Ankarada keçirilən "Azərbaycan gecəsi"ndə iştirak edib. Bundan başqa, Litva Bələdiyyələr Ittifaqının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsində olub, tərəflər arasında danışıqlar aparılıb, Sumqayıt Bələdiyyəsi ilə Litva Respublikasının şəhərləri arasında Azərbaycan şəhər Bələdiyyələri Assossiasiyasının təşkilatçılığı ilə əlaqələr genişləndirilmişdir.

Eyni zamanda Litva Bələdiyyələr Ittifaqının nümayəndə heyəti Sumqayıt gəzintisində iştirak edib, Litva nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin nümayəndələri ilə birgə “Azərikimya” istehsalat Birliyində olub.

Almaniyanın Azərbaycandakı səfiri Sumqayıt Bələdiyyəsində olub, qarşılıqlı maraqlar, bir sıra layihələr nəzərdən keçirilib. Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin fəaliyyəti, yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyələrin məhəllə komitələrinin rolunun artırılması eləcədə sakinlərimizin müraciətləri və ərazidə sosial-iqtisadi yönümlü bələdiyyə layihələrinin icrası llə yadda qalmışdır.

ərazidə 18  bələdiyyə layihələri üzrə  500 min manata yaxın, həlli ən vacib layihələr həyata keçirilmişdir. Bələdiyyəmiz  üzrə 127   məhəlllə komitələri də otən il dövlət və qeyi hökümət təşkilatları ilə əməkdaşlıqlarını davam etdirmiş,  məhəllər üzrə yerli  layihələri uğurla  icra olunmuşdur. 

Hər yerdə olduğu kimi biz də  bu işləri yerli büdcənin nəzərdə tutulan qaydada formalaşması ilə yerinə yetirə bilmişik.

Ötən il bələdiyyə işçilərinin məsuliyyəti bir qədər də artırılmış,  büdcə  gəlirləri proqnozu  103,1 faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 532 min (532099) manat və ya 92,1 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 281 min (281142) manat və ya 74 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər   117,6 min (117628) manat və ya 78,4 faiz olmuşdur

Hesabat dövründə yerli büdcənin xərcləri təxmini 1,4 milyon (1395194) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 101,8 faizi deməkdir.  Yerli büdcə vəsaitinin  38,5 faizi yerli  özünüidarəetmənin saxlanmasına 61,5 faizi isə bələdiyyə layihələri və digər xərclərə sərf olunmuşdur.

Bütün bunlar bələdiyyələrin statusuna aid gördüyümüz işlərin yalnız bir hissəsisdir.     Eyni zamanda əminlik hissi ilə qeyd edim ki,  Milli Assosiasiyayamızın dəstəyi ilə ərsəyə gəlmiş və ötən ilin oktyabr ayından tətbiqinə başladığımız  BAMS-nin fəaliyyətinn  fundamental əhəmiyyəti odur ki, proqramın tətbiqi ilə,  yerli vergi və ödənişlər sahəsində ölkə bələdiyyələrində  indiyədək məlum olan sistemsizliyə və  pərakəndəliyə  tamamilə son qoyulacaq.

Hesab edirəm ki, yerli özünüidarəetmədə daha geniş fəaliyyət göstərməyimiz üçün iqtisadi potensialımızı daim möhkəmləndirməli, yerli vergi və ödənişlərin toplanması işini təkmilləşdirməliyik.  iqtisadi potensialımız artırılması üçün ilk növbədə tədiyyəçilərin və əmlak sahələrinin dəqiq uçotu aparılmalı, onların vergiyə cəlb olunmasını  sürətləndirməliyik. Bu sahədəki fəaliyyətimizlə bağlı qanunveriçilik bazasına dəyişikliklər və ya əlavələr olunmaldır.

Bildirməliyəm ki,  yerli vergilər və ödənişlər haqqında AR qanununda bələdiyyə tərəfindən xüsüusi ayrılmış torpaq sahələrində  stasionar və ya səyyar ticarət ictimai-iaşə və digər xidmətlərə görə ödənişin  məbləğinin və ödənilmə qaydasının  göstərilməməsi əksər hallarda yersiz anlaşılmazlıqlar yaradır.

Bələdiyyələrin  vergi xidməti orqanlarının da səlahiyyətləri genişləndirilməlidir. Biz bu cür səlahiyyətlər çərçivəsində  işimizi daha rafat və operativ qura bilərik. əhalidə  vergi  mədəniyyəti və vərdişlərinin  zəif olması, bu sahədə maariflənmə tədbirlərinin aparılması da vacib məsələlərdəndir.

Milli Assosiasiyalar  əhalinin maariflənməsi məqsədilə mərkəzi  və yerli telekanallarda reklam çarxlarının verilməsi barədə təşəbbüslərini yenidən gündəmə gətirməli, verilişlər təşkil edib,  əhalini maarifləndirmək yollarını müəyyənləşdirməlidir.    

Bildiyim qədər bu məsələ Assosoasiyanın maliyyə imkanları zəif olduğu üçün həll olunmamış qalır.  Sumqayıt bələdiyyəsi olaraq reklam çarxlarının hazırlanmasına mümkün olan maliyyə dəstəyi verməyə hazırıq və imkanı olan şəhər bələdiyyələrini də bu təklifə qoşulmağa dəvət edirik.

Digər təlklifim  ondan ibarətdir ki, sakinlər bizə müraciət edərək  vergi və ödənişlərin ödənilməsi prosedurunu daha da sadələşdirmək məqsədilə banklar və poçt müəssisələrindən başqa digər vasitələr,  o cümlədən mobil vasitələr və stasionar qurğulardan istifadə etməklə onlayın  ödəmələrin tətbiq olunmasını arzu edirlər.

Sultan əsədov 

Sumqayıt Bələdiyyəsinin sədri 

ŞƏRHLƏR