Sabunçu rayon Bakıxanov bələdiyyəsində iqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Çoxmənzilli binaların idarəedilməsi” mövzusuna həsr olunmuş seminar keçirilib.
Tədbiri açan bələdiyyə sədri Ramiz Nəsibov müzakirəyə çıxarılan mövzu ətrafında danışaraq bələdiyyənin çoxmənzilli binaların idarəedilməsində xüsusi rolu olduğunu qeyd edib. Hazırda Bakıxanov bələdiyyəsinin inzibati ərazisində kifayət qədər çoxmənzilli binanın olduğunu deyən sədr bu binaların idarəedilməsində ciddi problemlər olduğunu da bildirib. Sədrin sözlərinə görə, bələdiyyədə hazırda bu binaların uçotu aparılır. Bu tip mənzillərin Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən idarəedilməsini qanunauyğun olmadığını bildirərək, Mənzil Məcəlləsinə görə bu prosesin icrası və təşkilində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü bildirib.
Tədbirdə çıxış edən iqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Fərrux Dadaşov 2009-cu ildə qəbul edilmiş yeni “Mənzil məcəlləsi”ndə baş vermiş dəyişiklik barəsində danışaraq sakinlərin üzərinə düşən vəzifləri xüsusilyə qeyd edib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda prosesin davam etdirildiyini qeyd edən F.Dadaşov bu işdə bələdiyyənin və sakinlərin aktiv olmasının zəruri olduğunu qeyd edib. Hazırda bu istiqamətdə mövcud idarəçilikdə müəyyən pərakəndəlik olduğunu qeyd edən nazirlik rəsmi MTK-ların fəaliyyətində bir sıra ciddi qanunsuzluqların olduğunu bildirib. Prosesin icrasında bələdiyyələrin üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd edən F.Dadaşov coxmənzilli mənzillərin idarəedilməsində bələdiyyələr də söz sahibi olduqların unutmamalıdırlar.
iqtisadiyyat nazirliyinin sektor müdiri Arif Nəzərov idarəedici müsəsisələrin müəyyən edilməsi üçün tenderin keçirilməsi yollarından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı izahlar verilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|