Paytaxt ətrafında ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) - Abşeron rayonunun Masazır qəsəbəsində “Abşeron-1” MMMC təsis edilib və dövlət qeydiyyatından keçib.
iqtisadiyyat Nazirliyindən fins.az-a verilən məlumata görə. bununla da ölkə üzrə MMMC-lərin sayı 23-ə çatıb.
Belediyye.infonun ekspert qrupunun rəyinə görə, artıq çoxmənzilli binaların idarəedilməsində nazirlik qanunvericilik qaydasında təşəbbüsü ələ alaraq MMMC-lərin yaradılmasını genişləndirir. Bununla da bu sahənin idarəedilməsindəki boşluqlar aradan qaldırılması istiqmətində ciddi addımlar atmaq istəyini ortaya qoyur.
Söz yox ki, sakinlərin də bu işdə aktivliyi tələb olunur.
Lakin nazirliyin bu aktivliyi hələ ki tam hiss olunmur. Hər bir addım "ütülü" və ehtiyatla atılır. Bəzən isə "qalocka" xətrinə edildiyini də hiss etmək olar.
Prosesə bələdiyyələrin pilot şəklində deyil, kütləvi şəkildə cəlb edilməsi, kommunal xidmət sahələrinin və çoxmənzlli binaların idarəedilməsində boşluqların aradan qaldırılması nəticə etbariylə məsuliyyətin vətəndaşların və bələdiyyələrin üzərinə düşən onların məsuliyyət yükünü də artırmış, o cümlədən problemin həllini də sürətləndirmiş oluruq.
Belediyye.info