"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

irad bildirən bələdiyyə sədrindən maraqlı təklif

--2018-08-09 / 05:54

“Bəzi bələdiyyə sədrləri niyə hesabat vermirlər-“, sualına Füzuli ryaon Horadiz şəhər bələdiyyəsinin sədri, gənc fəal Tuial Nəbiyev maraqlı açıqlama ilə çıxış edib.

“Horadiz bələdiyyəsi olaraq cəbhə zonasında yerləşdiyindən bu günə kimi əhalidən heç bir vergi yığa bilmirik.

Bələdiyyədə ərazilərini təsdiq edən heç bir sənəd, yəni xəritəsi yoxdur. Üç ildir əmlak Məslələri üzrə Dövlət Komitəsinə etmədiyimiz müraciət qalmayıb, hər dəfəsində olacaq-olacaq deyirlər. Bələdiyyə öz içini günün tələblərinə uyğun qura bilmir. Üstəlik gəlir əldə edə bilməyən bələdiyyə ayrıca Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına ayda 100 manat üzvlük haqqını və illərlə yığılan DSMF borcunu, o cümlədən onun maliyyə sanksiyasını ödəməlidir. Məncə bələdiyyələrin hesabatlarını yayımlarkən bu cür problemlərini də işıqlandırmaq lazımdır.”

Belediyye.info

ŞƏRHLƏR