işəgötürən tərəfindən əmək müqaviləsinə xitam veriməsinin əsasları və qaydaları Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir.
işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən bəzi zəruri şərtlər və qaydalar nəzərə alınır.
işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsasına görə əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmiş olsun:
"işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti iş stajından asılı olaraq (iki həftədən 9 həftəyədək) dəyişir.
işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır".
Qanunda bəzi kateqoriya işçilərin üstünlük hüquqları təsbit olunmuşdur. işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, əsgər və zabitlərin arvadları (ərləri), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlar, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir: "Qanunvericilik işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi hali istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin xitamını qadağan edir".
istənilən halda işəgötürən əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Hazırladı:
Məhəmməd Kərimov
Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi