Ulu öndər Heydər əliyevin müstəqilliyimiz yolunda başladığı siyasi kursun möhtərəm cənab Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanımızın durmadan inkişafına və regionun ən güclü dövlətlərdən birinə çevrilməsinə səbəb olmuşdur. Məqsədyönlü və davamlı inkişaf, idarəetmədə aparılan ardıcıl islahatlar, demokratik dəyərlərin inkişafına yaradılan münbit şərait ölkə bələdiyyələrini də cəmiyyətimizin gündəlik həyatında daha fəal iştirakına sövq etmişdir.
Biz də bələdiyyəmizin işini günün tələblərinə uyğun səviyyədə qurmağa çalışmış, fəaliyyətimizi əsasən bələdiyyə ərazisində sakinlərimizi daha çox narahat edən yerli problemlərin həllinə istiqamətləndirmişik. Qəsəbəmizdə abadlıq, kommunal xidmət və əhalinin digər sosial şifarişlərinin yerinə yetirilməsinə xüsusi önəm vermişik.
Hesabat ilində 139 909 manat təşkil edən büdcə gəlirlərinin 64125 manatını və ya 45,8 faizini qəsəbənin abadlaşdırılmasına, ərazinin yaşıllaşdırılmasına və sanitar vəziyyətinin normal vəziyyətdə saxlanılmasına sərf edilmişdir. il ərzində Qəsəbəmizin məhəllədaxili avtomobil yollarının əksəriyyətində cari təmir işləri aparılmışdır. Belə ki, qəsəbənin H.B.Zərdabi küçəsinə 5000 kv.m., Memar əcəmi küçəsinə 400 kv.m., Maqsud Abdullayev küçəsinə 210 kv.m., H.Cavid küçəsinə 180 kv.m., çoxmərtəbəli yaşayış binalarınin ətrafına 300 kv.m.- ümumilikdə məhəllədaxili yollara 6090 kv.m. yeni asfalt örtüyü salınmışdır. Qəsəbənin yeni yaşayış məhəllələrinin yollarına 500 kub.metr şeben və karbonat daşınmış, Çingiz Mustafayev küçəsində 460 kv.m., Qara Qarayev küçəsində 250 kv.m. sahədə çınqıl qatı ilə cari təmir işləri aparılmışdır.
“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində qəsəbəmizin istirahət parkı əsaslı təmir edilmiş və cari ilin fevral ayında qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Bildiyıniz kimi Mehdiabad bələdiyyəsinin ərazisindi yeni fərdi yaşayış evləri tikilir və yeni məhəllələr yaranır. Çalışırıq ki, yeni yaşayış məhəllələrində yaşayan sakinlərin də kommunal xidmətlərlə bağlı müraciətlərini vaxtında araşdıraq və müvafiq tədbirlər görək. M.Abdullayev küçəsində yaşayan məhəllə sakinlərinin müraciətləri əsasında tərəfimizdən 300 mm-lik boru ilə 100 p/m yeni kanalizasiya xətti çəkilmişdir.
Bir çox hallarda fəaliyyətimizi qəsəbə sakinləri ilə birgə qurur və onları bu və ya digər formada bələdiyyənin fəaliyyətinə cəlb etməyə səy göstəririk. Bu zaman sakinlər həm bələdiyyənin gördüyü işlərlə biləvasitə tanış olurlar, həm də fəaliyyətimizdə şəffaflığın təmin olunmasına zəmin yaranır. Bu mənada qəsəbənin xeyriyyəçi sakinləri ilə bərabər digər sakinlər də cəlb olunmaqla Köhnə qəbiristanlıq ərazisində birgə abadlıq və təmizlik işləri aparılmış, xeyriyyəçilər tərəfindən əraziyə 500 kv.m. yeni asfalt örtüyü çəkilmişdir. Mehdiabad-Fatmayı avtomobil yolunun kənarlarlarında 1500 kv.m. qazon əkilmiş, vətəndaşlara məxsus 59 darvaza və 34 qapı rənglənmişdir. Mehdiabad-Digah-Məmmədli və Mehdiabad-Novxanı avtomobil yollarının kənarlarında da abadlıq işləri aparılmış, il boyu ağac və gül kollarının suvarılması işləri həyata keçirilmişdir.
Qəsəbəmizdə ekoloji tarazlığın qorunub saxlanması və ərazinin sanitar normalara uyğun saxlanması işi də diqqətimizdən kənarda qalmamışdır. Mərkəzi magistral yolların kənarlarında, yeni tikilmiş məktəb binasının qarşısında 100 ədəd eldar şamı, 50 ədəd zeytun ağacı, Qara Qarayev küçəsində yol boyunca 152 ədəd “Xan çınarı” ağacları əkilmiş və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Abşeron Rayon icra Hakimiyyəti tərəfindən qəsəbə bələdiyyəsinə ayrılmış ixtisaslaşdırılmış xüsusi texnikaların vasitəsi ilə mütəmadi olaraq qəsəbə ərazisindən məişət və digər tullantıların yığılması işi təşkil edilir, tullantıların nəql ounmasını isə “Təmiz” MMC tərəfindən həyata keçirilir.
Qəsəbəmizin abadlaşdırılması və yaşallaşdırılması, həmçinin sakinlərimizin rahat yaşayışını təmin etmək üçün görəcəyimiz işlər daha çoxdur. Bu istiqamətdə cari ildə də fəaliyyətimizi davam etdiririk. 2018-ci ilin 3 ayı ərzində qəsəbədə yol kənarlarında 400 ədəd zeytun, 800 ədəd çınar ağacı əkilmişdir. Mehdiabad-Novxanı avtomobil yolunun kənarında 300 kv. m. əraziyə çınqıl, Məmməd Araz küçəsində isə yerli sakinlərlə birgə 500 kv.metr əraziyə çınqıl və karbonat tökülərək cari təmir işləri aparılmışdır.
Məqsədimiz qəsəbəmizi abad və müasir yaşayış məntəqəsinə çevirməkdir. Bu məqsədə nail olmaq üçün işimizi daha səmərəli təşkil etməli, sakinlərlə daima təmasda olmalı, yerli icra hakimiyyəti orqanları, digər müəssisə və təşkilatlarla, ərazidə fəailiyyət göstərən sahibkarlarla və iş adamları ilə qrşılıqlı fəaliyyətimizi düzgün qurmağı bacarmalıyıq. Eyni zamnda maliyyə imkanlarımızın artırılması istiqamətində də ciddi işlər görməliyik. Düşünürük ki, Milli Assosiasiyanın dəstəyi ilə BAMS proqramının imkanlarından maksimum yararlanaraq büdcə gəlirlərimizin daha da artırılmasına nail olsaq, sakinlərimizin yerli problemlərlə bağlı istək və arzularını tam həcmdə reallaşdıra bilərik. Buna həm mövcud potensialımız, həm də sakinlərin bizə dəstəyi imkan verir.
əbilfət Nuriyev
Abşeron rayonunun Mehdiabad bələdiyyəsinin sədri