"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı bələdiyyəsi büdcə gəlirlərini 17 faiz artıra bilib

--2023-01-25 / 05:39

ismayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur. 2022-ci ildə mədaxil faktiki olaraq cəmi 113.159 manat olmuşdur. Bununla bağlı məlumatı ismayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev bildirib. Sədrin sözlərinə görə, büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 27.947 manat

- əmlak vergisi –   45.117 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən – 9.879 manat

- Ticarət obyektlərindən torpaq icarə haqları   –4419   manat

- əkin sahələrinə görə icarə haqqı                   –12693 manat

- Bələdiyyə əmlakının icarəsindən                   –2250   manat

- Avtomobil dayanacaqlarından                       –2073   manat

- Mehmanxana rüsumu                                     –350     manat

- Hüquqi şəxslərin maliyyə yardımı                 –7250   manat

-Digər gəlirlər                                                 –1181   manat

Hesabat dövründə büdcə gəlirləri əvvəlki illə müqayisədə 16245 manat və ya 17% artmışdır. Müvafiq olaraq torpaq vergilərində 6051 manat, əmlak vergilərində isə 12940 manat artım olmuşdur. Eyni zamanda 2022-ci ildə əkin sahələrinə görə icarə haqlarının yığılması 6047 manat, bələdiyyə əmlakının icarəsindən daxil olan vəsait isə 450 manat artmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 114156 manat təşkil etmişdir.

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilir. Vətəndaşların 01 yanvar   2022-ci il tarixə 368.504 manat torpaq və əmlak vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 73.064 manat və ya 20 %-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

Hesabat ilində şəhər ərazisində mövcud 7347 vergi ödəyicisindən 4709 –na və ya 64 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 195.520 manat olmasına baxmayaraq, 2022-ci ildə cəmi 3.680 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 78%-ni təşkil edir.

Bundan əlavə Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2106 vergi ödəyisinə 63 min manatdan yuxarı güzəşt olunmuşdur.

2022-ci il ərzində 110 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 23.135 manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 210 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 34 nəfərin sənədləri   ədliyyə Nazirliyinin ismayıllı rayon icra və Probasiya şöbəsinə göndərilmişdir.

Belediyye.info

ŞƏRHLƏR