"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı bələdiyyəsi tərəfindən 2021-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında H E S A B A T

--2022-02-01 / 15:47

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

2021-ci il Azərbaycan tarixinə ilk böyük Zəfər ili kimi daxil oldu. Qarabağ bölgəsində aparılan geniş yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri heç şübhəsiz xalqla bərabər bizi də sevindirir.

ismayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2021-ci il üzrə  200 000  manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 96 914  manat olmuşdur.  Büdcənin  mədaxil hissəsinə hesabat dövründə  49 % əməl edilmişdir ki, bu da büdcənin kəsirlə  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 21896 manat

- əmlak vergisi –   32177 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün 

    ödənişlər –                   0 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

   gəlirlər –             11206  manat

- Ticarət obyektlərindən torpaq icarə haqları    – 6807 manat

- əkin sahələrinə görə icarə haqqı                      – 6646 manat

- Bələdiyyə əmlakının icarəsindən                     – 1800 manat

- Avtomobil dayanacaqlarından                             – 1900 manat

- Mehmanxana rüsumu                                           - 160 manat

- Hüquqi şəxslərin maliyyə yardımı                            – 7000 manat

      Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 200 000  manat əvəzinə 94926 manat təşkil etmişdir ki, bu da proqnoza  47 %  əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

   xərcləri –73315 manat

- Sosial müdafiə və sosial təminat xərcləri – 2220 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi

  xərcləri – 351 manat

-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 8589 manat

- digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 1328 manat

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilir. Vətəndaşların 01 yanvar   2021-ci il tarixə 370 577 manat torpaq və əmlak vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 54073 manat və ya 15 %-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

2021-ci il üçün praqnozlaşdırılmış  40 000 manat  torpaq vergisinə qarşı  21896 manat və ya 55 %, 43 200  manat əmlak vergisinə qarşı  32177 manat   və ya  74 % ödəniş edilmişdir.

Hesabat ilində şəhər ərazisində mövcud 7347  vergi ödəyicisindən 4078 –nə və ya 56 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 189430 manat olmasına baxmayaraq,  2021-ci ildə cəmi  3054 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin  75 %-ni təşkil edir.

2021-ci il ərzində 118 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu  31017 manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 263 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq  vergiləri  ödəmədiyinə   görə   13 nəfərin sənədləri Azərbaycan Respublikası ədliyyə Nazirliyinin ismayıllı  rayon icra və Probasiya şöbəsinə göndərilmişdir.

    Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 14 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 86 qərar qəbul edilmişdir.

Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında ədliyyə Nazirliyinin Göyçay Regional ədliyyə idarəsinə göndərilmişdir.

Hesabat dövründə bələdiyyəyə 888 nəfər müraciət etmişdir ki, onların 317 nəfəri arayış və digər sənədlər almaq üçün, 168 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 403  vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

2021-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi yönündə işlər davam etdirilərək bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.

2021-ci ildə şəhər  üzrə 6,7 sot zəbt  olunmuş  həyətyanı   torpaq  sahəsi və 110 kvadratmetr sahibkarlıq məqsədli torpaq sahəsi özəlləşdirilmiş və bundan bələdiyyə büdcəsinə 11206 manat vəsait daxil edilmişdir.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

“Çernobıl əlilləri ittifaqı” ictimai Birliyinin rayon filialına köməklik məqsədilə 100 manat vəsait köçürülmüşdür.

-şəhərin V.Osmanov küçəsində yerləşən əlillər evinin qarşısında olan söhbətgah təmir edilmiş və “Uşaq əyləncə” sahəsi quraşdırılmışdır.

-Sakinlərin müraciətlərini nəzərə alaraq şəhərin M.Müşfiq küçəsinin davamının, Qəzli yolu, Zəngəzur, M.P.Vaqif, Xəzər, Qazanxan küçələri və 2 kilometrlik Tingçilik yolu çınqıl materialı yayılmaqla cari təmir edilmişdir.

-Peşə Tədris Mərkəzinin qarşısında şəhərdaxili avtobus marşrutları üçün dayanacaq quraşdırılmışdır.

-şəhər qəbristanlıqlarında təmizlik –abadlıq işləri davam etdirilmişdir.

-COViD-19 –la əlaqədar karantinə alınmış 12 ailəyə ərzaq bağlamaları çatdırılmışdır.

-şəhər daxilində qrunt və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş arxlar 1150 metr hissədə təmizlənərək işlək vəziyyətə gətirilmişdir.

-Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

-Bələdiyyədə qeydiyyata alınmış vergi ödəyicilərinə standart formada şəhadətnamələr hazırlanmış və vergi ödəyicilərinə paylanılmışdır.

- Bələdiyyəyə ərizə ilə müraciət etmiş 9 nəfər imkansız şəhər sakininə 1400 manat məbləğində maddi yardım göstərilmişdir.

- Qurban bayramı günlərində şəhərin bir qrup sakininə qurban payı çatdırılmışdır.

- Bundan başqa imkansız ailələrə və şəhid ailələrinə də ərzaq yardımları göndərilmişdir.

Möhtərəm Prezidentimiz cənab ilham əliyevin Sərəncamı ilə “Nizami ili” elan olunmuş 2021-ci ildə ismayıllı şəhər məktəbləri arasında bələdiyyənin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirlərin nəticəsi olaraq A.Aslanov adına 2 nömrəli şəhər tam orta məktəbi birincilik qazanmışdır.

ismayıllı bələdiyyəsi qalib məktəbi, eləcə də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavinini Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 5418 ev həyətyanı    sahəsi ilə birlikdə,  2281  hektar   əkin,   120    hektar bağ sahəsi,   304 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 5722 vergitutma subyekti sistemə daxil edilmişdir.

şəhərin Mican ərazisində yerləşən şPi fonduna aid edilən torpaq sahəsinin müfəssəl planının kağız və elektron variantı “Memar –Mühəndis Xidmətləri” MMC tərəfindən hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir.

Bələdiyyə tərəfindən 2022-ci ildə 1. “Abad Məhəllə” layihəsi çərçivəsində Cavanşir küçəsindəki ictimai yaşayış binasının qarşısında abdlıq işləri; 2. şəhərin Nəsimi, Zəngəzur, Girdiman, Aydın Məmmədov, Xocalı küçələrinə içməli su xəttinin çəkilməsi; 3. şəhərin 15 küçəsinə çınqıl daşınaraq hamarlanması; 4. “Mican” məscidinin ətrafında hasar tikilməsi və abadlıq işləri; 5.şəhərin qəbristanlıqlarında əsaslı təmizlik -abadlıq işləri və digər layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.

ismayıllı bələdiyyəsinin 01 yanvar 2022-ci il tarixə 40816 manat borcu vardır ki, bu  da əsasən əmək haqlarına, DSMF-na, sudan istifadəyə, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

 Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Yeri gəlmişkən bir məsələni də şəhər sakinlərinin diqqətinə çatdırmaq istərdik. Bildiyiniz kimi ötən il yanvar ayının 18-dən rayonumuzda da əhalinin COViD-19 infeksiyasına qarşı peyvənd olunmasına başlanılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin   16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilmişdir ki, bu Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti imuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm hallarının qarşısını almaqdan ibarətdir.

Ümid edirik ki, şəhər sakinləri də vaksinasiya prosesində fəal iştirak edəcəklər.

 (Hesabat bələdiyyə üzvlərinin “26” yanvar 2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir).

 

 

ŞƏRHLƏR