"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı Rayon icra Hakimiyyətinin başçısı bələdiyyələrə niyə tapşırıq verir?

--2022-04-30 / 08:59

Bu günlərdə ismayıllı Rayon icra Hakimiyyətində iəD üzrə nümayəndə və bələdiyyələrin iştirakıyla qanunsuz tikintilərlə bağlı görüş keçirilib. Nəticə etibariylə rayon ərazisində qanunsuz tikintilərin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə komissiya yaradılıb və ən əsası komissiyanın işinin fəaliyyəti olaraq “iəD üzrə nümayəndə və bələdiyyələrə tapşırıqlar verilib”.

ismayıllı RiH-nin başçısı Nahid Bağırovun səhifəsində paylaşılan məlumatdakı bu cümlə diqqətimi çəkdiyindən bu məqama münasibət bildirməyi özmə borc bildim.

Biz son vaxtlar ismayıllı RiH-lə xüsusən də icra başçısının fəaliyyətiylə bağlı bəzi replikaları ictimailəşdirmişik. Və xoş təsadüfdən bəzi məqamlar nəzərə alınaraq ismayıllı RiH tərəfindən buraxılmış səhvlər düzəldimişdir. Mürgü vuran məmurun şəklinin anindaca dəyişdirilməsi buna misal olaraq çəkmək olar.

Açığı düşündüm ki, icra başçısı öz sosial media səhifəsində paylaşdığı məqamlara bundan sonra daha çox diqqət yetirəcək. Ancaq təəssüflər olsun ki,yanılmışam. Yəni səhvlərə yenə yol verilir. Yəni icra baçısının səhifəsinə girişi olanlar gərək daha diqqətli olmalı, payaşılan həm şəkillərə, həm də mətnə diqqətlə yanaşmalıdırlar.

Maraqlı, həmdə ciddi mövzuda bir tədbir keçirilib. Başa düşüləndir. icra nümayəndələri və bələdiyyə sədrləri həmin tədbirdə iştirak edib. Bəs tapşırıq kimə verilməli idi. Seçkili orqanın təmsilçisinə rayonun siyasi rəhbərinin tapşırıq vermək hüquqi varmı? əgər siyasi rəhbəri bu vəzifəyə təyin edən ölkə başçısı imzaladığı sənədlərdə “bələdiyyələrə tövsiyə edilsin” fikrini yazırsa onda niyə icra başçısının səhifəsində paylaşılan məlumatda “bələdiyyələrə tapşırıqlar verildi” fikri yazılmalıdır.

Bu fikri yazan yoldaşlar, üstəlik icra başçısının səhifəsində paylaşanların bu məqamdan xəbəri yoxdurmu? Və yaxud bələdiyyələrin də iştirak etdiyi görüşdə bələdiyyənin heç olmasa bir probleminə toxunuldumu, deyildimi ki, ismayıllı bələdiyyələri büdcə gəlirlərinin 30 faizədək azalmasın da RiH-in də öz payı var. Və o da deyildimi ki, gəlin bələdiyyələrin maliyyə gəlirlərinin artırılması üçün onlara da dəstək duraq.

Hər halda qanunsuz tikili göydən yaranmır. Onun da qarşısının inzibati yollarla deyil, bilavasitə rayon bələdiyyələrinə səs verən seçicinin qarşıladığı problemi operaitv şəkildə həll etməkdən keçir. əgər sakinin hansısa müraciətinə RiH memarlıq şöbəsi aylarla və illərlə cavab vermirsə və sonda günah bələdiyyələrin üstünə yıxılırsa, demək qanunsz tikili də özbaşına yaranmır. Nə isə…

Bu hal bir çox rayonlarda baş verir. Və artıq adi hal almaqdadır. Nəticədə itirən isə bələdiyyələr və sakinlərdir.

Düşünürəm ki, icra başıçsı haqqında yazılanları oxuyub, ətrafının ona qarşı hansı niyyətdə olduğunu hiss edəcək.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictmai birliyinin sədri

ŞƏRHLƏR