"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində "Bilik günü" keçirilib

--2016-09-15 / 15:29

Lahic bələdiyyəsinin yaydığı məlumata görə, tədbirdə çıxış edən Lahıc bələdiyyəsinin sədri, əməkdar müəllim Rövşən əliyev çıxışında   Lahıc bələdiyyəsi və  ASAN Xidmətin birgə layihəsi nəticəsində 30 nəfər şagirdə məktəb ləvazimatı, ayaqqabı, məktəbli forması və s. təmin olunduğunu bildirib.

Yeni tədris ilində bütün öyrədənlərə və öyrənənlərə uğurlar arzulayan sədr, gələcəkdə bələdiyyə tərəfindən təhsil sisteminin inkişafına söykənən  genişməzmunlu layihələri gerçəkləşdirəcəyini bildirib.

Belediyye.info

 

ŞƏRHLƏR