ismayılova Tünzalə Sarı qızı 30 mart 1974 cü ildə ismayılı rayonu Xahıgah kəndində anadan olub.
1997-ci ildə Azərbaysan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili - ədəbiyyatı müəllimliyi fakultəsini qiyabi yolla bitirib.
1992-1993-cü illərdə Xanəgah kənd orta məktəbində uşaq birliyinin rəhbəri olub.
1993-cü ildən Kürdmaşı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi çalışır.
2014-cü ildən ilk dəfə olaraq bələdiyyə seçkilərinə qatılan Tünzalə ismayılova bələdiyyə üzvü, 2015-ci ilin yanvarndan isə Kürdmaşı bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
Sədr özü haqqında:
“1994-cü ildən Kürmaşı kənd orta məktəbində ixtasim üzrə çalışıram. Bu illər ərzində hər il şagirdlərim olimpiadaların qalibləri olmuşdur. Qəbul imtahanlarında bir neçə şagirdim Azərbaycan dili və ədəbiyyatdan 100% nəticə göstəriblər. 5 şagirdim dil-ədəbiyyat müəllimidir.
2002-ci ildə Ulu öndər Heydər əliyev mövzusunda keçirilən inşa yazı musabiqəsində şagirdim 2-ci yerə layiq görülmüşdür. Özüm rayon təhsil şöbəsi tərəfindən fəxri fərmana layiq görülmüşəm.
Məktəbdə iKT üsulu ilə ilk dərs keçənlərdənəm.
18 fevral 2014-cü ildə Aşıqbayram kənd tam orta məktəbində elmi-praktik konfransda 11-ci sinifdə S.Vurğunun yaradıcılığı mövzusunda keçdiyim açıq dərs konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə qiymətləndirildi.
2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı 54 bal topladım. Bu da məktəbdə ən yüksək nəticədir.
20-dən çox elektron dərs yığmışam. 2016-2017 və 2017-2018-ci dərs ilində məktəb rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülmüşəm.
2018 –ci il Qrant layihəsinin iştirakçısı olmuşam.
Eyni zamanda Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə “ədəbiyyatın tədrisində müasir təlim texnologiyalarının rolu “movzusunda məruzə ilə çıxış etmişəm.
E-twinnig layihəsinə qoşulmuşam və bu il iki layihədə fəal iştirak etmişəm. M.Kaşğarlının Divani –lüğət it-türk əsəri ilə bağlı olan layihəmiz Türkiyə Mədəniyyət Nzirliyi tərəindən yüksək qiymətləndirilmiş və maliyyə dəstəyi ilə təmin edilmişdir.
150-dən çox iştirakçısı olan layihədə mən və şagirdlərim yazar kimi seçilmişik.12-16 sentyabrda Bakida türkiyəli əməkdaşlarımızla birgə kitab hazırlayacağıq və 3000 nüsxədən ibarət olan kitab məktəblərə pulsuz paylanacaq. 6 aylıq layihənın sonunda keçdiyim dərs-layihə də ismayıllı Təhsil idarəsi tərəfindən bəyənilib. Fəaliyyətim təhsil problemlərində işiqlandirilib.
Keyfiyyət nişanı almaq üçün müraciət etdim və həm mən, həm də şagirdlərim keyfiyyət nişanı ilə təltif olundular. Layihənin Qala gecəsi üçün Türkiyəyə dəvət olunmuşuq.”