"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı şəhərində 7.415 vergitutma obyekti uçota alınmışdır

--2023-03-01 / 05:52

2015-ci ildən ismayıllı bələdiyyəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” tətbiqinə başlanılmışdır. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Məlumatda qeyd edilir ki, bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124 ev həyətyanı    sahəsi   ilə birlikdə,  2281  hektar   əkin,   120    hektar bağ   sahəsi,   291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir. Bu iş bələdiyyənin vergi xidməti tərəfindən intensiv şəkildə davam etdirilir. Ümumilikdə isə, "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi”nə  7415 vergitutma subyekti daxil edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR