"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllıda bələdiyyə futbol komandaları arasında keçirilən çempionat başa çatıb

--2016-09-12 / 00:39

ismayıllıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə bələdiyyə futbol komandaları arasında iyunun 16-dan başlanan çempionat başa çatıb.

AZəRTAC xəbər verir ki, çempionatda 17 komanda iştirak edib. Yüzlərlə tamaşaçının izlədiyi final yarışı Olimpiya idman Kompleksində keçirilib. Qarşılaşmada Quşencə komandası Hacıhətəmli futbolçularına 6:1 hesabı ilə qalib gələrək rayon çempionu adını qazanıb.

Birinci, ikinci və üçüncü yerləri tutan Quşencə, Hacıhətəmli və “Orman” komandalarına kubok, medal və pul mükafatları verilib.

http://azertag.az/xeber/991639

ŞƏRHLƏR