"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

istanbul-Azərbaycan Kültür Evinin nümyəndə heyəti şəkidə olub

--2016-05-22 / 22:08

istanbul-Azərbaycan Kültür Evinin başkanı Hikmet Elpin rəhbərliyi ilə təşkilatın üzvləri  şəkiyə dostluq səfərinə gəliblər.

Qonaqları şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Nəbibəyov qarşılayıb. şəki ilə ilk tanışlıq şəki xanlarının sarayından başlaıyıb. 

şəhərin Qoruq ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – şəki xanlarının sarayı ilə tanışlıq qonaqlarda xüsusilə böyük maraq oyatdı. Sarayın əməkdaşı qonaqların diqqətinə çatdırdı ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür. 

Eyni zamanda bildirilib ki, şəkinin qoruq ərazisində dövlət qeydiyyatına götürülmüş 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır.

Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları da qonaqlarda böyük maraq doğurdu. 

Sonra qonaqlar şəki Qalasının ərazisində yerləşən Rəşid bəy əfəndiyev adına şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkdilər. Rəşid bəy əfəndiyev adına tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır.

Bu gün - mayın 22-də isə qonaqlar şəkinin Fazıl kəndindəki Yeraltı muzeydə oldular.

“əbədi sükut dünyası" adlandırılan  labirint şəkilli muzeyin yaradıcısı, AMEA Arxeologiya Etnoqrafiya institutunun baş elmi işçisi, şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov və həmin institututun əməkdaşı intizar Bədəlova qonaqlara muzey haqqında ətraflı məlumat veriblər.

 Bildirilib ki, muzey 2006-cı ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi eksponatlar əsasında yaradılıb.

 Fazıl kəndindən qonaqlar Bakıya yola düşüblər.

şəki Bələdiyyəsi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi 

 

 

ŞƏRHLƏR