"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

istanbulda Etnospor və Kültür Festivalı keçirilib

--2016-08-29 / 21:23

Dünya Etnospor Federasiyasının (DEF) təşkilatçılığı ilə istanbulda Etnospor və Kültür Festivalı keçirilib. Azərbaycanın istanbuldakı baş konsulu Məsim Hacıyevin də iştirak etdiyi festivalın açılışında istanbul valisi Vasip şahin, istanbul böyükşəhər bələdiyyə sədri Kadir Topbaş və DEF-in rəhbəri Bilal ərdoğan çıxış ediblər.

Diqqətə çatdırılıb ki, bu festivalın təşkilində məqsəd unudulan, geniş istifadə olunmayan qədim xalq idman oyunlarını xatırlatmaq, onlara yeni həyat vermək, xalqların qədim mədəniyyət nümunələrinin bir-birinə daha da yaxınlaşmasına töhfələr verməkdir. Qeyd olunub ki, bu festivalın hər il davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Festivalın keçirildiyi yer çadır şəhərciyi, idman yarışları meydanı, rəsmi və bədii hissələr üçün nəzərdə tutulan bölmələrdən ibarət olub.

Üç gün keçirilən festival çərçivəsində AZəRTAC-ın Türkiyədəki bürosu tərəfindən Azərbaycan çadırı təşkil olunub. Çadırın qurulmasına Azərbaycanın istanbuldakı baş konsulluğu tərəfindən dəstək verilib. işin icrasını Türkiyədə fəaliyyət göstərən “Arazyayınçılıq” nəşriyyatı həyata keçirib. Günbəzində Azərbaycanın dövlət bayrağının dalğalandığı çadırda 20 Yanvar faciəsinə və Xocalı soyqırımına dair fotostendlər qurulub, o cümlədən “Arazyayınçılıq”ın Azərbaycana aid nəşrləri və baş konsulluğun ölkəmizə aid təbliğat vasitələri sərgilənib.

Avqustun 28-də festivalın bağlanışı münasibətilə möhtəşəm bədii hissə keçirilib.

http://azertag.az/xeber/987790

ŞƏRHLƏR