"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

istanbulda “Zəfərə doğru addımla" layihəsində Türk dünyası bir araya gəldi

--2021-11-16 / 08:12
istanbul Bayrampaşa Bələdiyyəsində BULTÜRK Dərnəyi, “Gənclərin Töhfəsi” ictimai Birliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” ictimai Birliyi və URAL Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və idman Baş idarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.
 
Tədbirdə MHP MYK üzvü Bülent Maşaoğlu, BULTÜRK dərnəyinin başqanı Rafet Ulutürk, "Gənclərin Töhfəsi" ictimai Birliyinin sədri Asim Vəliyev, "Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi" ictimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türk Dünyası STK Platformu temsilcisi Serdar şahin, keçmiş MHP il Başkanı yardımçısı Metin Yazar, əfqanıstan Türkləri dərnəyinin təmsilçisi Nimetullah Farabi, Özbəkistan Türkləri dərnəyinin təmsilçisi Adil Kayyumov, Qırğızıstan Türkləri dərnəyinin təmsilçisi Nurlan Bek, Güney Azərbaycan dərnəyinin təmsilçisi Ağrı Qaradağlı, Səbail Bələdiyyəsinin şöbə müdiri Taleh Mansurov, ismayıl Gaspıralı dərnəyinin başqanı Hakkı Karataş, MHP Bahçelievler ilçe başkan yardımcısı, Bayrampaşa MHP ilçe başqanı ismail Arslan iştirak edirdi.
Tədbirdə Qarabağ Zəfərinin ildönümü qeyd olundu və Türk Dünyasının ictimai təşkilat liderləri Zəfərimizlə bağlı dəyərli fikirlərini bölüşdülər. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.
 
 

 
 
 
ŞƏRHLƏR