Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) mülkiyyətində olan və əsasən yerli hakimiyyətlər, bələdiyyəçilik, şəhər idarəetməsi və tarixi, türk dünyası, Orta Asiya, Balkanlar, Qafqaz, tarix, mədəniyyət, beynəlxalq münasibətlər və s. mövzulu kitablardan ibarət olan ixtisaslaşdırlımış kitab rəfi, Zeytinburnu bələdiyyəsi əməkdaşlığılya Merkezefendi şəhər Kitabxanasında yaradılan xüsusi bölmədə oxucuların xidmətinə təqdim olunub.
Türk Dünyası Bələdiyyələr Birliyindən Belediyye.infoya verilən məlumata görə, TDBB ixtisaslaşdırılımış Kitab Rəfinin açılış mərasiminə TDBB sədri ibrahim Karaosmanoğlu və idarə heyyətinin üzvləri Mersin Böyükşəhər Bələdiyyə sədri Burhanettin Kocamaz, TDBB Baş Katibi Fəxri Solak, Beykoz Bələdiyyə sədri Ucal Çelikbilek, Bağa Baxanlar Bələdiyyə sədri Loğman Çağırıcı, Keçiörən Bələdiyyə başqanı Mustafa Ak, Səlcuqlu Bələdiyyə sədri Uğur ibrahim Altay, Saraybosna Novigrad Bələdiyyə sədri və TDBB idarə Heyətinin üzvü ək Efendiç, Doboj istok Bələdiyyə sədri Kamal Bretiç, Doboj Bələdiyyə Başçı Miloş Bukejloviç iştirak edib.
Oxucunun xidmətinə təqdim olunan Türk Dünyası Bələdiyyələr Birliyi ixtisaslaşdırlımış kitab rəfində təxminən 3.000 ədəd kitab istifadədədir, kitablar haqqında məlumatları TDBB-nın veb səhifəsində yer alan onlayn-kitabxana linkindən də (http://kutuphane.tdbb.org.tr/) almaq olar.
Bölgədə yer alan çox sayda Ali və Orta Təhsil ocağının tələbələri, tədqiqatçılar və ümumiyyətlə oxucunun istifadəsinə açıq olan Kitabxana, gecə 24.00-ə qədər xidmət verməsi yanaşı, oxuculara pulsuz qəlyanaltıdan da istifadə edə biləcəklər.
Belediyye.info