Bu gün mənim üçün əziz bir insanın, uzun illərin dostu, bələdiyyə sisteminin formalaşmasında xüsusi yeri və rolu olan Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun 50 yaşı tamam olur.
Dörd seçkidə Qaraçuxur bələdiyyəsinin üzvü seçilən ixtiyar Nəcəfovun sözün həqiqi mənasında yerli orqanın formalaşmasında və inkişafında rolu danılmazdır.
Bu gün yubilyara ən böyük arzum:
- bələdiyyə sisteminin inkişafında bundan sonra da belə sağlıqlı ürəknən və səmimiyyətiynən öz xidmətini göstərməkdə davam etsin;
- Vətəninə, dövlətinə və bələdiyyəyə sədaqətlə xidmət edən, ailəsinə bağlı olan ixtiyar Nəcəfova heç olmasa 60 yaşını Kəlbəcərin dağlarında, Taxta başında dostlarıyla keçirmək qismət olsun.
Kəlbəcər dağlarından inanıram ki, doğma Sisyanın havasını doyunca sinəsinə çəkə biləcəkdir.
əziz dost ürəkdən təbrik edirəm!!!
Vüqar Tofqli
******
ixtiyar Nəcəfovu yaxından tanıyaq
Nəcəfov ixtiyar Ağaqulu oğlu 18 aprel 1968-ci ildə Zəngəzur Mahalının Sisiyan rayonunda ziyalı ailəsində anadan olub. 1984-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1986 -1988-ci illərdə əsgəri xidmətdə olub. 1994-cü ildə Azərbaycan Dövlət iqtisad Universitetinin “Uçot- iqtisad” fakultəsini “iqtisadçı” ixtisası üzrə bitirib. 1991-1999-cu illərdə “Azadlıq” və “Günaydın” qəzetlərində ixtisası üzrə çalışıb.
1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıb və üzv seçilib. 2004, 2009 və 2014-cü ildə yenidən bələdiyyə seçkilərinə qatılaraq üzv seçilib. 2014-cü ilin aprelinə kimi komissiya sədri, o müddətdən sonra sədr müavini, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib.
Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Ailəlidir, iki oğlu və bir qızı var.