Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsi qəsəbədə daim abadlıq-quruculuq işlərini həyata keçirməklə seçicilərinin qarşılaşdığı problemlərin həllinə çalışır. Bununla yanaşı Suraxanı Rayon icra Hakimiyyətinin həyata keçirdiyi bütün layihələrin icrasında fəal iştirak edir.
Bəs cari ilin birinci yarısında bələdiyyə hansı addımları atıb. Bu və digər suallarımıza bələdiyyə sədri ixtiyar Nəcəfov aydınlıq gətirib.
- Bələdiyyəmiz iş fəaliyyətinə görə daim seçicilərinin problemlərinin həllinə çalışır. Hər bir sakinimiz bələdiyyənin inzibati binasına gələrək öz problemlərini qaldıra bilər. Bunun üçün yeni təmir etdiyimiz binada hər bir şərait yaratmışıq. əlavə edim ki, bələdiyyəmiz inzibati binasını hələ 2002-ci ildə istifadəyə verib. 2002-ci ilin sentybarında istifadəyə verilən binamız respublikada ilk inzibatı binalardandır. Bu gün binamızda fəaliyyət üçün hər bir şəraitimiz var.
- Qəsəbənizdə bu gün hökm sürən təmizlik işlərində bələdiyyənizin də xüsusi yeri var. Bu istiqamətdə hansı işləri həyata keçirmisiniz?
- Deməliym ki, qəsəbənin təmizliyi bələdiyyənin daim diqqət mərkəzində saxlanılır, o cümlədən məişət tullantılarının daşınmasına nəzarət olunur, ərazidə olan zibil meydançalarında konteynerlərin təmir olunması və dəyişdirilməsi işləri bələdiyyə tərəfindən yerinə yetirilir. Qeyd edim ki, Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində mövsümü yaradılmış kənd təsərrüfatı yarmarkasının ətraf ərazisinin abadlaşdırılması və bunaların fasad hisssəsinin rənglənməsi işləri yerinə yetirilib. Bələdiyyənin balansında olan park və xiyabanlarda abadlıq və təmizlik işlərinin aparılması və gündəlik olaraq yaşıllıqların, ağac və gül kollarının suvarılması tərəfimizdən yerinə yetirilir. Habelə Qaraçuxur qəsəbəsi V.Quliyev, Hacınski, Mədən küçəsində, şərq və şimal yaşayış sahələrində zibilxanalar ətrafına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınması işləri də yerinə yetirilib. ən əsas fəaliyyətimizdən biri də C.Qurbanov küçəsində “şəhidlər bulağı” kompleksində kanalizasiya xəttinin təmir işlərinin aparılması olub.
Bu gün yayın qızmar vaxtında bələdiyyəmizin həyata keçirdiyi əsas işlərdən biri mövsümlə əlaqədar yanğın təhlükəsinin qarşısını almaq məqsədilə bələdiyyənin balansında olan park və xiyabanlarda qurumuş otların biçilib mütəmadi olaraq yığılmasıdır.
-Hər il olduğu kimi bu ildə Sizin bələdiyyəniz ərazidə həyata keçirilən ağacəkmə kampaniyasında yaxından iştirak edib. Bu barədə nə demək olar?
-Həftənin şənbə günləri rayonun keçirdiyi ağacəkmə kompanyalarında iştirak edərək 318 saylı məktəbin ətrafında 170, bələdiyyə parklarında 290 ədəd şam və zeytun ağaclarının əkilməsi həyata keçirilib.
- Məlum olduğu kimi, Sizin Latviya respublikasının bələdiyyələri ilə qardaşlıq əlaqələri mövcuddur.
-Bəli. Bu günlərdə Nümayəndə heyətimiz Latviyadan qayıdıb. Bundan əvvəl isə Latviya Respublikası Zemqaliya regionu və Yekabplis şəhər bələdiyyəsindən gəlmiş bir qrup nümayəndə heyəti Qaraçuxur bələdiyyəsinin qonağı olmuşdu. Maraqlı görüşlərimiz və təcrübə mübadiləmiz oldu...
“Bələdiyyə həyatı” qəzeti