"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

izmit bələdiyyəsinin nümayəndə heyəti Bələdiyyələrlə iş Mərkəzində olub

--2015-09-16 / 12:35

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində Türkiyənin izmit Bələdiyyəsinin nümayəndə heyətiylə görüş keçirilib. Görüşdə mərkəzin rəisi Mehdi Səlimzadə Azərbaycan bələdiyyə sisteminin yaranmasında Ümummilli lider Heydər əliyevin  xidməti olduğunu dilə gətirərək, bu günədək sistemin fəaliyyəti üçün zəruri olan qanunvericilik bazasının hazırlandığını qeyd edib. Onun sözlərinə görə, artıq bələdiyyələr  öz fəaliyyətləriylə seçicilərinin rəğbətini qazana bilib: “Azərbaycan bələdiyyələrinin  Türkiyəli həmkarlarıyla sıx əməkdaşlıq əlaqələri yaranıb. Bundan əvvəl isə ilk toplantısı Bakıda keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin  xəttiylə ciddi layihələr də icra olunmaqdadır. Bü gün bələdiyyələrarası qardaşlama protokollarının imzalanması ikitərəfli əlaqələrin düzgün istiqamətdə getdiyindən xəbər verir.”

 Nümayəndə heyətinin   rəhbəri izmit Bələdiyyə sədri Nevzat  Doğan Nəsimi bələdiyyəsinin dəvətiylə gerçəkləşən bu səfər çərçivəsində Bakının Nəsimi bələdiyyəsiylə “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalandlğını qeyd edərək, gələcəkdə birgə layihələrin icrasına önəm verəcəklərin qeyd edib. O həmçinin  ölkələrimiz arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayaraq, əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

Görüşdə  Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının baş katibi Bilal Dundar rəhbərlik etdiyi qurumun Azərbaycanla bağlı ciddi layihələrə imza atdığını qeyd edərək gələcəkdə bu əlaqələrin daha geniş müstəvidə inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl nümayəndə heyəti  Nəsimi Rayon icra Hakimiyyətində Nəsimi rayon bələdiyyəsi və Türkiyənin izmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalayıb.

 Belediyye.info

 

ŞƏRHLƏR