Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Xocalı şəhərində 26 Fevral 1992-ci ildə Erməni tərəfindən qətlə yetirilənlər qardaş Türkiyənin izmit bələdiyyəsində keçirilən mərasimlə anılıb.
26 il əvvəl Xocalı şəhərində Erməni qüvvələri tərəfindən 83 uşaq, 106 qadın və 70 dən yaşlı insanı -cəmi 613 nəfəri qətlə yetirilmişdi. Cəsədlərin yandırıldığı hamilə qadınlar və uşaqların da vəhşiliyə məruz qaldığı Soyqırımın unudulmaması üçün izmit Bələdiyyə sədri Dr. Nevzat Doğan təşəbbüsü ilə izmitdə təxminən üç il əvvəl Xocalı şəhidlər abidə ucaldılmışdır.
izmit Bələdiyyəsi ilə Azərbaycan Dərnəklər Federasiyası Xocalı şəhidləri üçün ortaq bir anma proqramı keçiriblər. Təzə şəhər Məhəlləsindəki izmit Valiliyinin qarşısında yerləşən Xocalı şəhidlər kompleksindəki anma tədbirinə izmit Bələdiyyə sədri Dr. Nevzat Doğan, Nəsimi icra Hakimiyyəti başçısının birinci Müavini Gülara Verdiyeva, Nəsimi Bələdiyyə sədri Nazim Qaraxanov, Azərbaycan şəhid Ailələri Dərnək sədri T. Quliyev, Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci Müavini Valeh Hacıyev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Azərbaycandan gələn jurnalistlər və çox sayda vətəndaş qatılıb.
Tarix boyu bir yerdə olmuşuq
Azərbaycan Dərnəklər Federasiyasının sədri Bilal Dündar anım tədbirində çıxış edərək "Türkiyə ilə tarix boyu həmişə bir və bərabər olduq. Xocalı, Türkiyə ilə Azərbaycanın milli işidir. Birimizin əlinə tikan batsa digərimizin əli ağrıdı. Azərbaycan ilə Türkiyə dünyada yeganə nümunədir. Bugünkü dövlətlər marağa əsaslanır, amma Azərbaycanla Türkiyə qardaşdır. Bu soyqırımı heç vaxt unutmayacağıq, unutdurmayacağıq. Keçmişimizə sahib çıxmaq məcburiyyətindəyik. izmit Bələdiyyə sədrimiz Dr. Nevzat Doğan Xocalı şəhidləri abidəmizin ətrfaında ciddi abadlıq işləri həyata keçirib. Ona çox təşəkkür edirik" dedi.
Hər zaman yanımızda oldunuz
Nəsimi icra Hakimiyyəti Başçısının Müavini Gülara Verdiyeva da anım tədbirində çıxış edərək bunları deyib: "Hər zaman yanımızda oldunuz. Bizlər bir millət, iki dövlətik. Hər zaman olduğu kimi birik və bir olmağa davam edəcəyik. izmit Bələdiyyə Sədrimiz Dr. Nevzat təşəkkür edirik".
Hamımız birik bərabərik
Nəsimi Bələdiyyə sədri Nazim Qaraxanovda" Xocalıda yüzlərlə qardaşımız soyqırıma məruz qaldı. Türk qardaşlarımıza və izmit Bələdiyyə sədrimiz Dr. Nevzat təşəbüsünə görə minnətdarıq. Bu abidənin çox böyük mənası var. Hamımız birik, bir yerdəyik. Hər zaman sizin yanınızda olacağımıza söz veririk" deyə danışdı.
Sizin ayağınza batan tikan, bizim də canımızı acıdır
izmit Bələdiyyə sədri Dr. Nevzat Doğan çıxışında "Azərbaycanda sizin ayağınıza tikan batsa, burada bizim də canımız ağrıyır. 26 il əvvəl Ermənilər Xocalıda bir soyqırım nümunəsi verdi. Bu qətliamını unutmayacağıq. Bizlərə düşən onların o fədakarlığını unutmamaqdır.
ilk abidə izmitdə
Xocalı abidəsini Türkiyədə ilk biz görmüşük, indi bütün Türkiyədə nümunə oldu. Nəsimi rayonuyla gözəl əməkdaşlıq edirik. Bu münasibətlər Türk Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Sevgili Azərbaycanlı qardaşlarım, siz sadəcə öz ölkənizin gəncləri deyilsiniz, bizim də gənçlərimizsiniz. Türkiyə sizin də vətəniniz. izmitdə sizlərə dəstək olmaqdan şərəf duyuruq.
Gənclərimizə güvənirik
Biz gənc dostu bir şəhərik. Türk Milləti var olduğundan bu yana bizlər hamı gənclərimizin enerjisiylə irəli getdik. Gənclərimizə güvənirik. Sizlərə çox vəzifə düşür. Müasir mədəniyyətlər səviyyəsinin irəliyə keçmək üçün mübarizə aparmağımız lazımdır. Azərbaycanın ulu öndəri Heydər əliyevi Sultan Alpaslan, Yavuz Qurtuluş Müharibəmiz Mustafa Kamal Atatürkə qədər ölkəmizi bu günlərə gətirmək üçün fedakarca mübarizə edənləri minnətdarlıqla anırıq" dedi.
Çıxışların ardından Xocalıda şəhid edilənlər üçün dualar oxundu. Tədbirdə 28 Azərbaycanlı tələbəyə də velosiped hədiyyə edildi.
http://www.kocaelihaberci.com/mobil/hocali-sehitleri-izmit-te-anildi-h22354.html