Prezident ilham əliyevin dünən Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi faktlar, görünür, müxalifətə, yumçaq desək, pis təsir göstərib. Buna görə də dünəndən sosial şəbəkələrdə ilham əliyevin fikirlərini müzakirəyə çıxarıblar. Soruşan lazımdır, Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi sizi niyə bu qədər narahat edir?
Prezident dünən haqlı olaraq, AXCP-Müsavat cütlüyünün 90-cı illərin əvvəllərindəki yarıtmaz fəaliyyətinə növbəti dəfə toxundu. Düz söz acı olar deyiblər, yəqin elə buna görə əl-ayağa düşüblər. 90-cı illərdə ölkədəki xaos hələ bizim yadımızdan çıxmayıb. 25 yaşlı gənclik bunu bilməsə də, görməsə də, biz 90-cı illərin Azərbaycanını, o iqtidarı və ölkədə yaratdığı səbatsızlığı, xaosu yaxşı xatırlayırıq. Ulu Öndər Heydər əliyev hakimiyyətə gəlməsəydi, o dövrki iqtidarla Azərbaycan bir dövlət kimi məhvə doğru gedəcəkdi. Bunu anlamaq üçün heç də Eynşteyn olmağa gərək yoxdu. O dövrü yaşayan hər kəs bu reallıqları gözəl bilir. Zatən, o dövrün iqtidarı və bu günün müxalifəti olanlar da yaxşı bilir: 90-cı illərdə Azərbaycan dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə idi. əlbəttə, bütün bunları görən, yaşayan hər bir vətəndaş bu günki sabitliyi o xaosa dəyişmək fikrində ola bilməz. Bu sabitlik onunla dəyərlidir ki, qonşu dövlətlətdə olduğu kimi səhərimizi bomba partlaması, terror xəbərləri ilə açmırıq, günümüzə rahat və güvənilir başlayırıq.
Bu sabitliyin pozulması ölkədəki müxalifətdən çox kənar qüvvələrə lazımdı. Sadəcə bizim müxalifət xarici kəşfiyyatın peşkası olmağa üstünlük verir, ölkədəki bu sabitliyi öz maddi maraqları və ambisiyaları naminə satır.
Buna cəhd etmək istəyənlər əmin olsunlar ki, bu XALQ, bu dövlətin VəTəNDAşI ölkədəki sabitliyin təhlükə altında olmasına izin verməyəcək! Xalq-iqtidar birliyi möhkəm də sarsılmazdır!