"Serj Sarkisyan AşPA kürsüsündən sərsəm açıqlamalarına cavab olaraq bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan özünün haqlı və ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcək".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı Ermənistan prezidentinin AşPA-dakı çıxışına münasibət bildirərkən səsləndirib. O, bildirib ki, münaqişə ya sülh, ya da hərb yolu ilə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər: "Azərbaycanın bu mövqeyi BMT Təhlükəsizlik şurasının müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, Helsinki Yekun Aktına əsaslanır. Ermənistan dövləti anlamalıdır ki, Azərbaycan xalqı öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına əsla izin verməyəcək".