Bu gün Masallı rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov üçün iki qat əziz gündür. Belə ki, icra başçısının həm doğum günü, həm də Masallı rayon icra Hakimiyyətinin başıçısı vəzifəsinə təyin edilən gündür.
64 yaşlı Rafil Hüseynov sonuncu vəzifəyə təyin edilməsinin beşinci ilini qeyd edir.
Qeyd edək ki, bələdiyyə sistemiylə yaxından bağlılığı olmuş icra başçısı 03.02.2007- 13.07.2007-ci illərdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə iş üzrə departamentinin direktoru vəzifəsində çalışıb.
Bəs Rafil Hüseynov kimdir?
14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UiLKGi MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı institutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.
15.08.1969-05.02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır.
15.02.1977-25.08.1978-ci illərdə Azərbaycan LKGi Bərdə Rayon Komitəsnin ikinci katibi,
02.07.1980-03.10.1981-ci illərdə Azərbaycan LKGi MK –nin təlimatçı metodisti,
03.10.1981-22.12.1988-ci illərdə Azərbaycan LKGi Bərdə Rayon Komitəsinin birinci katibi,
22.12.1988-30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri,
30.10.1990-23.10.1991-ci illərdə Bərdə rayon XDS icrayyə Komitəsi- sədrin müavini,
23.10.1991-05.11.1991-ci illərdə Bərdə Rayon icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991-10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi inspeksiyasının rəisi,
10.07.1992-18.12.1992-ci illərdə Bərdə Rayon icra Hakimiyyəti başçısının birinci müavini,
18.12.1992-04.09.1996-cı illərdə Bərdə Rayon icra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi,
04.10.1996-10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998-23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar islahatlar və Sahibkarlığın inkişafı Baş idarəsində rəis müavini, idarə rəisi,
26.09.2003-05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar islahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri,
01.02.2006- 03.02.2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru,
03.02.2007- 13.07.2007-ci illərdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə iş üzrə departamentinin direktoru,
13.07.2007-04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin icra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi,
04.09.2007-31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin icra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
31.03.2009-04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
04.08.2010-14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.
Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 övladı, bir qızı iki oğlu var.
Mənbə: http://masalli-ih.gov.az/page/20.html
Belediyye.info