"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K.Bayramov: “Maliyyə vəsaitinin olmadığı təqdirdə, bələdiyyənin hansı fəaliyyətindən söhbət gedə bilər?

--2017-02-27 / 13:24

"Azərbaycan bələdiyyələrinin üzləşdiyi problemlərin həlli, ilk növbədə, bələdiyyələrin özlərindən asılıdır"- bu fikirləri Belediyye.infoya Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov bildirib.

K.Bayramovun sözlərinə görə,  bələdiyyələrin fəaliyyətində problemlərin mövcudluğu etiraf edilməlidir:

"Lakin,  müəyyən problemlər tədricən həllini tapmaqdadır. əsas problemlərdən biri isə, zənnimcə, onlar tərəfindən yerli vergi və ödənişlərin toplanması səviyyəsi ilə bağlıdır. Bu gün maliyyə vəsaitinin olmadığı təqdirdə, bələdiyyənin hər hansı fəaliyyətindən söhbət gedə bilər? 

Vergi yığımı səviyyəsinin artırılması üçün bələdiyyələrimizin fəaliyyəti günün tələbləri səviyyəsində qurulmalıdır. Bunun üçün bələdiyyələrdə vergi ödəyicilərinin və vergitutma obyektlərinin dürüst uçot sistemi yaradılmalı, yerli vergi və ödəniş ödəyiciləri ilə əlaqələr gücləndirilməli, bu sahədə geniş maarifləndirmə işləri görülməli, vergi və ödənişlərdən yerli büdcələrə daxil olan vəsaitlərin xərclənməsi prosesinin şəffaflığı təmin edilməlidir." 

Belediyye.info

 

ŞƏRHLƏR