Fevralın 27-də 100 saylı şəmkir-Daşkəsən seçki dairəsini təmsil edən Milli Məclisin deputatı Kamran Bayramov Daşkəsən şəhərində seçicilərlə görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən problemlərlə maraqlanılıb.
Problemlərin bəziləri yerindəcə həllini tapıb, bəziləri ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanıb.
Eyni zamanda, seçicilərə ölkənin və regionların sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, görülmüş işlər və nəzərdə tutulan tədbirlər, xüsusilə də minimum əmək haqqının, vətəndaşların sosial müavinətlərinin, tələbələrin təqaüdlərinin, məcburi köçkünlərin vahid sosial müavinətinin artırılması ilə bağlı son günlərdə cənab Prezident tərəfindən imzalanmış mühüm sənədlər və bununla bağlı keçirilmiş müşavirə, yığıncaq və konfranslar barədə geniş məlumat verilib.
|
|
|