"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kamran Bayramov:"Təklif edirəm ki, bələdiyyələrin fəaliyyətini canlandırmaq üçün dotasiya verilmə prosesi sürətləndirilsin"

--2020-04-24 / 16:47
“Son dövrlərdə əkin sahələrinə su verilməsində problemlər yarandığından bələdiyyələr vergi yığımında problemlər yaranıb və azalıb. Vergi yığımı azaldığından bələdiyyələr öz işçilərinə, bələdiyyə qulluqçularına əməkhaqqı verə bilmir”.

 “Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  bələdiyyələrin gəlirləri az olduğundan mart ayı üzrə maaşlarını verə bilməyib. “Amma buna baxmayaraq pandemiya dövründə bələdiyyələr yardim edir, dezinfeksiya işləri gördüklərindən xərcləri artıb. Bildiyiniz  kimi bələdiyyələrə dotasiya verilir. Nazirlər Kabineti və Maliyyə Nazirliyi  dotasiya bölgüsünü aparsa da, bu dotasiyalar  verilməyib. Təklif edirəm ki, bələdiyyələrin müvəqqəti də olsa fəaliyyətini canlandırmaq üçün dotasiya verilmə prosesi sürətləndirilməlidir”- deputat bildirib.

 Bununla belə K. Bayramov  hökumət təklif edib ki, bələdiyyə qulluqçu və işçilərində də maddi yardım verilməsini təklif edib. “4 işçi qrup yaradılsa da, bu qruplaırn heç birində bələdiyyələrə dəstək məsələsi əksini tapmayıb.  Bələdiyyə qulluqçuları və işçiləri elə də çox deyil. Bunların sayı 9 min nəfərdir. Hökumət  pandemiya dövründə bunu nəzərə alsa yaxşı olar”- deputat bildirib.

http://olke.az/news/detail/belediyye-iscilerine-de-pandemiya-dovrunde-yardim-verilsin-teklif-188334/

ŞƏRHLƏR