Hazırda Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini,ATəT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. əslən Qazax rayonunun ikinci şıxlı kəndindəndir.
1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "itqisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.
1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Xarici iqtisadi əlaqələr idarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine international" şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici iqtisadi əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATəT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür
Azərbaycan Prezidenti ilham əliyevin noyabrın 6-da imzaladığı sərəncamla Kamran Telman oğlu Nəbizadə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru vəzifəsinə təyin edillib.
iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 3 övladı var