"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kanalızasiya xətti Ramana bələdiyyəsinin də dəstəyi ilə çəkilir

--2017-06-07 / 18:18

Sabunçu rayon Ramana qəsəbə bələdiyyəsinin sədri intizar Rzayevanın Belediyye.infoya verdiyi məlumata görə,  bələdiyyə daha bir layihənin icrasını başa çatdırmaq üzrədir.

Belə ki, qəsəbənin ə.Haqverdiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə bağlı qəsəbə  sakinlərinin müraciətini nəzərə alan Ramana bələdiyyəsi əhalinin dəstəyi və bələdiyyənin təşkilatçılğı ilə  layihənin icrasını bir müddət əvvəl başlayıb.

Sədrin sözlərinə görə, həm sakinlərin,  həmdə bələdiyyənin   maliyyə dəstəyi ilə layihə uğurla icra olunur.

Maşın-mexanizmlər cəlb edilərək əhalinin qarşılaşdığı problem yaxın günlərdə öz həllini tapacaq.

Belediyye.info

ŞƏRHLƏR