Vüqar Tofiqli
ilk bələdiyyə seçkilərindən 16 il ötür. Birinci seçkilərdən sonra formalaşan bələdiyyələrdə üzə çıxan əsas problemlərdən biri sədr kreslosu uğrunda mübarizə idi. O illərdə Bakıda formalaşan 49 bələdiyyədə ilk üç il ərzində 25 dəfə sədr dəyişikliyi baş vermişdi. Nərimanov və Xətai bələdiyyəsində hətta məsələ böyüyərək məhkəməyədək uzanmışdı. Bəzən bələdiyyədə iki sədr və iki möhürün olması və ya sədrin möhürü qaytarmaması hallarında rast gəlmək olurdı.
Bu bir tərəfdən təcrübəsizlikdən, kadr seçimindəki problemlərdən qaynaqlanırdısa, digər tərəfdən icra strukturlarının bu işə maraqlı olmasıyla baglı idi. Belə ki, bəzi rayon icra strukturları bələdiyyənin özlərinə rəqib gördükləridən onların inkişafına maraqlı deyildilər və bu məqsədlə məhz sədrlik kreslosu uğrunda mübarizəyə bir növ rəvac verirdilər. Məqsəd yeni yaranan strukturu gözdən salmaq idi.
Artıq bu prorses arxada qalıb. istər icra sturkuturları, istərsədə bələdiyyə üzvləri məsələni köklü şəkildə başa düşdüklərindən bü gün artıq kreslo davasına rast gəlinmir. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, müəyyən mənada mübarizə üsulu bu gün bir qədər fərqlənir. Təəssüflə deməliyik ki, indi bu mübarizə üsulu başqa cəbhədə müharibəyə keçib. Belə ki, bir sıra hallarda sədrlər vəzifə maaşlarını vaxtında, məhz vaxtında almamaqla gələcəkdə bələdiyəyə açıq müharibə etmək üçün özlərinə şans veriblər. Belə ki, əməkhaqqı almır və guya maaşsız fəaliyyət göstərməklə sistemin inkişafına təkan vermək istəyirlər. Məqsəd isə tam başqadır. Sədr seçilmədikləri halda bələdiyəyə qarşı iddia qaldırmaqla əməkhaqqı tələb etmək. Bu gün illik büdcəsi 30-40 min manat olan bələdiyyədən beş ilik əməhaqqı tələb etmək ən azı gülüncdür.
Nəzərə alaq ki, bu sədrlərin dolanışıqları elə bələdiyyədən olub və əməkhaqqlarını da bu və ya digər şəkildə min oyundan çıxmaqla bələdiyyə büdcəsindən qazanıblar. Bu gün bu cür addımların atılması yolverilməzdir. Və heç bir məntiqə sığmır.
Düşünürəm ki, keçmiş sədrlərin və bələdiyyənin digər məsul şəxslərinin bu tipli hərəkətlərə yol veməməsi məqsədiylə istər qanunvericlikdə, istərsədə normativ-hüquqi aktarda dəyişiklik etməklə sədrlərin üzərinə düşən məsuliyyət yükünü artırmaq lazımdır. illərlə çalışdığı orqana qarşı bu cür addımlar atmaqla çətin bir durumla üz-üzə qalan bələdiyyəni məhkəməyə sürükləmək yolverilməzdir və heç bir mənəvi dəyərlərə söykənmir. Bu gün kifayət qədər bələdiyyələr var ki, bu doqquz aydır ki, keçmiş sədrlərin süni şəkildə yaratdıqları borcları qaytarmaqla məşğuldurlar.
Demək belə çıxır ki, indi seçilən bələdiyyə sədrlər də keçmiş sədrləri bələdiyyəni borclu qoyduqları üçün məhkəməyə verməldirlər...
Düşünmək olar ki, bu tipli yaranan məsələlərə yeni seçiləcək millət vəkilləri Milli Məclsin iclaslarında aydınlıq gətirəcəklər.
Vüqar Tofiqli
"Bələdiyyələrin fəaliyyətinin təbliği" ictimai Birliyinin sədri