"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kənd bələdiyyələrinin sədrlərinə torpaqların qida maddələri ilə təminolunma kartoqramları paylanılıb

--2017-01-13 / 07:58

şərur rayonu muxtar respublikanın kənd təsərrüfatı ilə məşğul olan ən iri bölgələrindən biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, kartofçuluq, bostan-tərəvəzçilik, meyvəçilik aparıcı rol oynayır.

AZəRTAC xəbər verir ki, bu fikirlər şərur rayonunda “Torpaqların qida maddələri ilə təminolunma kartoqramlarından istifadə qaydaları” mövzusunda keçirilən seminarda səsləndirilib.

Çomaxtur, Çərçiboğan, Axaməd və Qarahəsənli kəndlərinin torpaq mülkiyyətçilərinin iştirak etdiyi seminarda şərur Rayon icra Hakimiyyətinin əməkdaşı Səfər Hüseynov rayonun kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan danışıb və belə tədbirlərin torpaq mülkiyyətçilərinin maariflənməsi baxımından əhəmiyyətini qeyd edib.

Akademik Həsən əliyev adına “Araz” Elm istehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov bildirib ki, kənd təsərrüfatında yaxşı məhsul əldə etmək üçün əraziyə torpaq iqlim şəraitinə uyğun bitkilərin əkilməsi və torpağın gübrə tələbatının müəyyənləşdirilməsi vacib amildir. Bəhruz Bayramov torpaqların qida maddələri ilə təminolunma kartoqramlarından istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Diqqətə çatdırılıb ki, belə seminarların keçirilməsində məqsəd torpaq mülkiyyətçilərinin bu sahədə maarifləndirilməsi və torpaqlardan düzgün istifadə etməklə daha çox məhsul götürmələrinə nail olmaqdır. Oxşar tədbirlər digər rayonlarda da davam etdiriləcək.

Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Xəlil Axundov, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Sabir Səfərov tədbir iştirakçılarına torpaqlardan istifadəyə dair qanunvericilik aktları, eyni zamanda, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında məlumat veriblər.

Seminar-müşavirədə torpaq mülkiyyətçilərini maraqlandıran suallar da cavablandırılıb.

Sonda hazırlanan kartoqramlar kənd bələdiyyələrinin sədrlərinə təqdim edilib.

http://azertag.az/xeber/1026179

ŞƏRHLƏR