sorğu
“Zakatala rayonu Danaçı bələdiyyəsinin ötən il əldə etdiyi büdcə gəliri 114.337 manat olub”- bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Danaçı bələdiyyəsinin əldə etdiyi vəsaitin 27.886 manatı torpaq vergisindən, 14.817 manatı əmlak vergisindən, 42.412 manatı icarə haqqlarından daxil olub. il ərzində bələdiyyə büdcəsinə torpaq satışında 6.350 manat maliyyə vəsaiti daxil olub. Danaçı bələdiyyəsinə ötən il 3.200 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Danaşı bələdiyyəsi şimaldan Maqov, Fındıqlı, qərbdən Balakən rayonunun ititala və Zaqatala rayonunun Aşağı Çardaxlar kəndləri ilə həmsərhəd olaraq Danaçı və Uzunqazmalar kəndlərindən ibarətdir.
Belediyye.info