"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kənd bələdiyyəsindən nəcib addım

--2017-12-15 / 17:06

Füzuli rayon Arayatli bələdiyyəsinin sədri Elmir Rəhimovun Belediyye.infoya verdiyi məlumata görə, bu günlərdə kənd ictimaiyyətinin təşəbbüsü və bələdiyyənin daxili imkanları hesabına “şəhidlər kompleksi” istifadəyə verilib.

Sədrin sözlərinə görə, Araytalı kəndinin dörd şəhid övladının xatirəsinə ucaldılan abidə kompleksi kənd sakinlərinin ziyarətgahına çevrilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan  Ziyad imanov, Xaliq Mehdiyev, Xəlil Mustafayev və Vidadi Qəhrəmanov  xatirəsi daim kənd sakinlərinin qəlbində yaşayacaqdır.

Kənd bələdiyyəsinin bu addımı sakinlərin tərəfindən rəgbətlə qarşılanıb.

Belediyye.info

ŞƏRHLƏR