"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kənd bələdiyyəsinin ötən il 100 min manatdan artıq büdcə gəliri olub

--2023-01-19 / 15:10

Zaqatala rayonu Muxax bələdiyyəsinin 2022-ci ilin bələdiyyə büdcəsinin

gəlirləri 119.828.45 manat olub. Belediyye.infoya bu barədə məlumat Muxax bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

1)     Fiziki şəxslərdən torpaq vergisi                                       22.781.53 m;

2)     Fiziki şəxslərdən əmlak vergisi                                         8.143.66 m;

3)     Torpaq satışından                                                            41.672.00 m;

4)     Bələdiyyə əmlakının satışından daxil olan gəlirlər           10.355.20 m;

5)     icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 23.279.44 m;

6)     Digər gəlirlər                                                                      6.534.86 m;

7)     Dotasiya                                                                             3.200.00 m.

Muxax bələdiyyəsinin 2022-ci il üçün bələdiyyənin

xərclərindədə maraqlı məqamlar var. Yəni Hesabat dövründə bələdiyyənin xərcləri 117.022.77 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

  1. əmək haqqı və onunla bağlı sair ödəmələrə 38.841.26 manat;
  2. əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 12.504.45 manat;
  3. Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 5566.18 manat;
  4. Nəqliyyat xidmətləri və görülən işlərə işcilərə xidmət haqqına 8698.42 manat;
  5. Rabitə xidmətləri haqqının ödənilməsinə (onlayın xidmət haqqı) 3976.12 manat;
  6. Elektrik enerjisi haqqının ödənilməsinə 658.72 manat;
  7. Mədəni kütləvi tədbirlər,məktəblərə və uşaq bağcasına yeni il hədiyyələri və s. 5360.00 manat;
  8. əsas vəsaitlərin alınmasına, yollara,ərazidə abadlıq işlərinə 19082.80 manat;
  9. Maddi yardımlara tək kimsəsizlərə, Silahlı qüvvələrə, şəhid ailələrinə 7109.00 manat;
  10. Bank xidmətlərinə 864.81 manat;
  11. KiV -ə abunə xərclərinə 898 manat                                                           Belediyye.info

 

ŞƏRHLƏR