"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsi nə qədər qazanır?

--2015-05-27 / 23:42

Kəpəz bələdiyyəsinin 2014-cü il ərzində 225 min manat büdcə gəliri olub. Bu vəsaitin  50 min manatı torpaq vergisindən, 98 min manatı torpaqların icarəsindən,  19 min manatı əmlak verginsdən daxil olub. Bələdiyyənin rəsmi internet resursunda yerləşdirilən məlumatda  dövlət tərəfindən ayrılan dotasiyasıyanın həcmi isə 50 min manata yaxın olduğu qeyd edilib. Ötən il ərzində bələdiyyəyə hər hansı maliyyə yardımı daxil olmayıb. Hesabatda göstərilir ki, bələdiyyə 2014-cü il ərzində  3 min manat mədən vergisi,  1800 manat sanatoriya- kurort rüsumu toplaya bilib.

Bələdiyyə qazandığı pulun 82 min manatını şəhərin abadlıq quruculuq işlərinə, 86 min manatını əməkhaqqının ödənilməsinə sərf edib. Bundan əlavə bələdiyyə 10 min manata yaxın maliyyə vəsaitini  mənzil fondunun təmirinə xərcləyib. 

 Belediyye.info

Mənbə: http://www.kepezbelediyyesi.org/?page_id=150

ŞƏRHLƏR