"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsi şəhid ailəsinin müraciətinə dərhal reaksiya verib

--2020-06-14 / 19:05

Gəncə şəhəri Kəpəz bələdiyyəsi şəhid Vüsal Məmmədovun ailəsinin müraciətini nəzərə alaraq həm onun barelyefini bərpa edib, həm də yenicə adı verilən küçəyə onun adını bildirən lövhələri vurub. Bununla bağlı adıçəkilən bələdiyyədən daxil olan məlumata görə,   bələdiyyə iclasında müraciət dərhal baxılaraq icra edilməsi qərara alınmışdır.

Bununla yanaşı şəhidin ailəsində olan Kəpəz bələdiyyəsinin rəsmiləri Vüsal Məmmədovun keçdiyi döyüş yoluna bir daha nəzər yetirərək bələdiyyənin həyata keçirdiyi layihələr barəsində söhbət açıblar.

Qeyd edək ki, Vüsal Məmmədov 1983-cü ilin avqust ayında Gəncə şəhəridnə anadan olub. Orta məktəbi 2000-ci ildə bitirən V.Məmmədov həmin ildə Gəncə Texnologiya Universitetinə daxil olub.

2004-cü ildə könüllü olaraq cəbhə xəttində xidmətə yollanan V.Məmmədov 2005-ci ilin iyun ayının 4-də Ağdam ərazisində N-saylı hərbi hissənin komdandır müavini kimi aparılan döyüş əməliyatında qəhrəmancasına həlak olub.

Belediyye.info

ŞƏRHLƏR