"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlərin hesabatı

--2022-03-10 / 17:38

Kəpəz bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilmiş hesabatı

 

Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil Respublika kimi tanınır. Ölkəmizin sürətli inkişafında və əhalinin sosial rifah halının yüksəlməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbəil artmaqdadır. Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq Kəpəz bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Hesabat dövrünün əvvəlində bələdiyyənin iş planı təsdiq edilmiş, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri
və s.kimi məsələlər olmuşdur.

Hesabat dövründə Kəpəz bələdiyyəsinin 28 iclası keçirilmiş, müxtəlif məsələlərin həllinə dair 775 qərar qəbul edilmişdir. Bələdiyyə iclasında müzakirə olunan məsələlərin həllinə dair qəbul edilən qərarlar “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq Azərbaycan Respublikası ədliyyə Nazirliyi Gəncə Regional ədliyyə idarəsinə göndərilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Kəpəz bələdiyyəsinin əməkdaşları tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılmış hazırda “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilməkdədir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 2075 ərizə və məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən    

527 vətəndaş sosial məsafə qorunmaqla qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilmiş, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüş, qanunvericiliyin tələblərinə uyğun olaraq söhbətlər aparılmışdır. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Bələdiyyənin vergi bazası genişdir. Hesabat ili dövründə bələdiyyənin inzibati ərazisində BAMS sistemi üzrə qeydiyyata alınmış 28 360 təsərrüfat subyektləri mövcuddur.

Hesabat ilində Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin təsdiq edilmiş büdcə gəlirləri 771.144 manat təşkil etmiş və bunlar aşağıdakılardan ibarət olmuşdur:

  • Fiziki şəxslərdən əmlak vergisi – 202 005 manat
  • Fiziki şəxslərdən torpaq vergisi - 104 639 manat
  • Torpaq satışı – 214 609 manat
  • icarəyə verilmiş torpaqların icarə haqqı – 58 486 manat
  • Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi - 5870 manat
  • Mehmanxana xidmətləri göstərən şəxslərin ödənişləri - 82 manat
  • Nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqları üçün ödənişi – 9 400 manat
  • Dövlət büdcəsindən verilən dotasiya – 57 000 manat
  • Dəfn və mərasim xidmətlərinə görə ödənişlər – 79 141 manat

Hesabat ilində bələdiyyənin təsdiq edilmiş xərcləri isə 724 419 manat təşkil etmişdir.

“8 Mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə qadın bələdiyyə üzvləri və qulluqçuları hədiyyələrlə mükafatlandırılmış, bələdiyyə büdcəsindən 1000 manat vəsait ayrılmışdır.

“Novruz bayramı” münasibətilə Gəncə şəhərində qeydiyyatda olan 90 nəfər şəhid ailəsinə ümümi dəyəri 10 350 manat olan bayram sovqatları paylanılmışdır.

“31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə Vətən müharibəsində həlak olmuş şəhidlərin övladlarına və Gəncə SOS Uşaq kəndində məskunlaşan uşaqlara bayram tədbirlərinin və bayram süfrələrinin təşkili üçün bələdiyyə büdcəsindən 7500 manat vəsait ayrılmışdır.

Hesabat ilində Kəpəz bələdiyyəsinin büdcəsindən maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkili, müavinətlərin verilməsi, sosial-mədəni və xeyriyyə tədbirlərinin keçirilməsi məqsədilə 138 342 manat xərclənmişdir və bunlar aşağıdakılardan ibarət olmuşdur:

 

  • Maddi yardımlar – 61 847 manat
  • Müavinatlar – 23 147 manat
  • Xeyriyyə tədbirləri – 18 479 manat
  • Qəbirüstü abidələrin düzəldilməsi – 16 600 manat
  • Dəfn və mərasim xidmətlərinin təşkili – 1 400 manat
  • Abadlıq-təmizlik və tikinti-təmir işlərinin görülməsi- 16 869 manat

 

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Kəpəz bələdiyyəsinin üzvləri və qulluqçuları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət edilmiş, onların sosial problemləri öyrənilmişdir. Bələdiyyənin səlahiyyətinə aid olan məsələlər öz həllini tapmış, səlahiyyətə aid olmayan məsələlər isə aidiyyatı üzrə həll edilməsi üçün idarə və təşkilatlara yönləndirilmişdir.

2021-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən 137 nəfər 2-ci Qarabağ müharibəsi qazilərinə ümumilikdə 21 600 manat, 42 nəfər müharibə iştirakçılarına isə 5 120 manat maddi yardım verilmişdir.

Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Arazov Səyyar Güloğlan oğlu, Muxtarov Sərxan ilqar oğlu, Məmmədov ilkin Cəmil oğlu, Kazımov Xuduş Həsən oğlu, əmrah Rajapov və ibrahimov Murad Valeh oğlunun qəbirüstü abidələrinin hazırlanması üçün ailələrinə, hər bir qəbirüstü abidənin hazırlanması üçün 1 500 manat olmaqla bələdiyyə büdcəsindən 9.000  manat vəsait ayrılmışdır.

Uzun müddət itkin düşən şəhid  Yusubov Orxan Allahverdi oğlunun qəbirüstü abidəsinin hazırlanması və dəfin mərasimi xərclərinin qarşılanması üçün şəhidin ailəsinə 2 800 manat dəyərində maddi köməklik göstərilmişdir.

 şəhid ailələrinin müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan Xəlilov Rizvan Məmmədtağı oğlunun, Mustafayev ilqar Firuddin oğlunun, Abbasov Möhlət Eldəniz oğlunun, Səttarzadə Bahadur Barat oğlunun və ismayılov Novruz Nürəddin oğlunun yaşadıqları evlərin divarlarına xatirə lövhələri vurulmuş və bunun üçün bələdiyyə büdcəsindən 1500 manat vəsait xərclənmişdir.

şəhid Həsənov Səxavət Alim oğlunun yaşadığı binanın qarşısındakı adına olan bulağın yanında söhbətgah quraşdırılması üçün 1600 manat vəsait ayrılmış və təyinatı üzrə xərclənilmişdir.

 2021-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən 34 imtiyazlı şəxsə 1,3155 ha torpaq sahəsi pulsuz verilmişdir:

v şəhid ailəsi – 21 nəfər

v Qarabağ əlili – 10 nəfər

v Ehtiyyatda olan zabit – 3 nəfər

 

Bələdiyyə ərazisində fəaliyyət göstərən 24 məhəllə komitəsi ərazidə yaşayan hər bir sakinin arzu və ehtiyacının öyrənilməsində, onların problemlərinin yaxından həllində bələdiyyənin köməkçisidir.

Məhəllə komitələrinin bilavasitə təşəbbüsü ilə şıxzamanlı qəsəbəsində bələdiyyənin balansında olan mini futbol meydançası təmir edilmiş, ətrafına dekorativ ağaclar və gül kolları əkilmişdir. Bunun üçün bələdiyyə büdcəsindən 1 075 manat vəsait xərclənmişdir.

Vətəndaşların müraciətinə əsasən Qələbə parkında sakinlərin arzu və ehiyaclarının ödənilməsi üçün parka əlavə 3 ədəd oturacağın qoyulması təşkil edilmiş, bunun üçün 450 manat vəsait ayrılmışdır.

şah ismayıl Xətai və Nizami Gəncəvi prospektlərində yerləşən Ulu Öndər Heydər əliyevin lövhə-portretlərinin önünə güllər əkilmiş və ərazidə abadlıq-təmizlik işləri görülmüşdür

Hesabat ili dövründə Nizami Məqbərəsinində, Heydər əliyev parkında Kəpəz bələdiyyəsinin xidmət etdiyi yaşıllıq zonasında suvarılma xətti təmir edilmiş, dekorativ ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmiş, alaq otları biçilmişdir.

Nizami Gəncəvi və ş.i.Xətai prospektlərində yolun kənarındakı güllüklərə gül kolları əkilərək suvarılmış və onlara qulluq göstərilmişdir.

Kəpəz rayonunda həyata keçirilən “Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri davam etdirilməkdədir. Məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir.

Bu məqsədlə hesabat ili dövründə 1-ci mikrorayonda nümunəvi məhəllə yaradılması ilə bağlı 10 saylı yaşayış binasının həyətində abadlıq işləri aparılmaqdadır. Bələdiyyə büdcəsindən nümunəvi məhəllənin yaradılması üçün 49 427 manat vəsait ayrılmışdır.

Kəpəz bələdiyyəsinin təşkilatçılığı ilə “imamzadə” qəbiristanlığında ümumşəhər iməciliyi keçirilmiş, məzarların ətrafı qurumuş alaq otlarından təmizlənmiş, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılmışdır, ağac və gül kollarına aqrotexniki qulluq göstərilmiş, ərazidə yerləşən bulaqların su ilə təchizatı problemi öz həllini tapmışdır.

“imamzadə” qəbiristanlığın daxili yollarının bir qisminə asfalt örtüyü salınmışdır. Bunun üçün bələdiyyə büdcəsindən 27 628 manat vəsait ayrılmış və təyinatı üzrə xərclənilmişdir.

Beynəlxalq əməkdaşlıq sahəsində Avropa ittifaqının “Merlər iqtisadi inkişaf naminə” təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsi Avropa ittifaqı tərəfindən elan edilmiş qrant müsabiqəsinə təqdim etdiyi “Azərbaycanın qərb iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın gücləndirilməsi” layihəsi birinci mərhələdən keçmişdir.

Elektron xidmətlərin inkişaf etdirilməsi və elektron informasiya bazasının yaradılması məqsədi ilə Kəpəz bələdiyyəsi tərəfindən “Elektron Bələdiyyə” layihəsi həyata keçirilmişdir. Bu layihə çərçivəsində Kəpəz bələdiyyəsinin http://kepez.bel.az/ rəsmi saytında hesabat dövründə bələdiyyənin gördüyü işlər, inzibati aktları, maliyyə hesabatları və fəaliyyətini əks etdirən digər məlumatlar yerləşdirilmişdir.

Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Kəpəz bələdiyyəsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, əhalinin sosial sifarişlərinin yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışacaqdır.

 Yaşar Abdullayev

Gəncə şəhər Kəpəz

bələdiyyəsinin sədri                                        

ŞƏRHLƏR