"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsi Vətən müharibəsi qaziləri ilə görüşlərini davam etdirir

--2021-02-11 / 06:07
Gəncə şəhəri Kəpəz bələdiyyəsi Vətən müharibəsi qaziləri ilə görüşlərini davam etdirir.
Kəpəz bələdiyyəsinin sədr müavinləri Rufanə əliyeva,  Anar Tağıyev, bələdiyyə qulluqçusu  Elçin ismayılov Vətən müharibəsi iştirakçıları olan qazi Anar Paşayev, Sərxan Qəhrəmanov, Elnur Vəliyev və Elşad Abbasova baş çəkərək səhhətləri və müalicələri ilə maraqlanıblar.
Görüşdə onları maraqlandıran suallar cavablandırılmış və hər hansı problem yarandıqda bələdiyyəyə müraciət etmələri xahiş edilmişdir.

Qeyd edək ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi Vətən Müharibəsinin qazilərini  daim  diqqət mərkəzində saxlayır, bələdiyyə sədri, sədr müavinləri  və əməkdaşları onları ziyarət edərək qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanırlar, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılır.

Bələdiyyədən daxil olan məlumata görə, keçirilən görüşlərdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırırlar. 

 

ŞƏRHLƏR