"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kəpəz bələdiyyəsində "Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyyələrin təqdimatı" ilə bağlı tədbir keçirilib

--2022-06-27 / 18:41
Azərbaycan Həmkarlar ittifaqları Konfederesayisanın Beynəlxalq əmək Təşkilatı ilə birlikdə Gəncə şəhəri Kəpəz bələdiyyəsində "Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyyələrin təqdimatı" ilə bağlı tədbir keçirilib.
Tədbirdə AHiK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan şahverdiyev, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov,
Azərbaycan əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi iman Abdiyev, Gəncə şəhəri Nizami rayon bələdiyyəsi, Qazax, Tovuz və şəmkir bələdiyyələrinin rayon komitələri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtisadi inkişafı təmin edilir.
Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar.
Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Gəncə şəhəri Kəpəz bələdiyyəsi 
ŞƏRHLƏR