Kəpəz Rayon Bələdiyyəsi Gəncə şəhər icra Hakimiyyətinin təşəbbüsünə qoşularaq növbəti dəfə "Evdə qal, həyatları xilas et!" çağırışı edib. əhalinin həssas təbəqəsindən olan insanlara qayğı və diqqətin göstərilməsi məqsədilə Kəpəz Rayon Bələdiyyəsi tərəfindən daha 30 aztəminatlı ailəyə ərzaq yardımı edilib.
Kəpəz Rayon Bələdiyyəsinin üzvləri büdcə gəlirləri aşağı olan ailələrə baş çəkib, onlara ərzaq bağlamaları təqdim edib, profilaktik söhbətlər aparıblar. Söhbət zamanı COViD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan addımlar sakinlərə bir daha xatırladılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.