"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi hesabat verdi

--2018-07-17 / 13:58

    2018-ci ilin 6 ayı ərzində Keşlə bələdiyyəsinin gördüyü işlər barədə qısa                                                          hesabat

 

2018-ci ilin yanvar ayında Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarları ziyarət edilmiş və bütün şəhidlər, o cümlədən aprel şəhidləri yad edilmişdir. Fevral ayında 201 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.

 Keşlə qəsəbə parkının abadlaşdırılması, orada səliqə-səhman yaradılması və müasir dövrün tələblərinə uyğun səviyyədə olmasına nail olmağa çalışmışıq. Bu məqsədlə bələdiyyə büdcəsindən cari dövrdə Keşlə parkının saxlanmasına 5280 manat vəsait ayrılmışdır.

201 saylı tam orta məktəbdə 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “31 mart – azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifəsidir” adlı inşa yazı müsabiqəsi keçirilmiş, qalib gələn şagirdlər mükafatlandırılmış və buna  260 manat xərclənmişdir.

Ümummilli lider Heydər əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Heydər əliyev Mərkəzinə qəsəbə ərazisində yerləşən 4 orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunmuş və bu məqsədlə bələdiyyə büdcəsindən 200 manat məbləğində vəsait xərclənmişdir.  

Keşlə qəsəbəsinin sakini M.Ağayev küçəsi ev 19/1 ünvanda yaşayan Sosialist əməyi Qəhrəmanı Məmmədov Hümmət Musa oğlu ilə 90 illik yubileyi münasibətilə görüş keçirilmiş və hədiyyə verilmişdir. Novruz və Ramazan bayramlarında şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə, ümumilikdə 270 nəfərə ərzaq yardımı verilmişdir.

26 iyun Silahlı Qüvvələr günü münasibətilə bələdiyyənin binasında Qarabağ müharibəsi veteranları ilə gənclərin görüşü keçirilmişdir. iyun ayında qəsəbədəki xeyir-şər evində imkansızlara, şəhid ailələrinə və əlillərə, cəmi 600 nəfərə Ramazan ayı münasibətilə millət vəkili Rövnəq Abdullayevin dəstəyi ilə  iftar süfrəsi verilmişdir.

2018-ci ilin 6 ayı ərzində 6 nəfərə ümumilikdə 300 manat məbləğində maddi yardım verilmişdir. 2018-ci ilin 6 ayı ərzində  bələdiyyəyə 206 ərizə və 33 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 46 məktub göndərilmiş, 20 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 73 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.  2018-ci ilin 6 ayında bələdiyyənin mədaxili 77333 manat, dotasiya 6400 manat, məxarici isə (əmək haqqı, DSMF-yə köçürmələr, gəlir vergisi, həmkarlar, silahlı qüvvələrə yardım, AQBMA-ya üzvlük haqqı, parkın saxlanılması, sakinlərə maddi yardım, KiV-ə abunə və s.) 75400 manat olmuşdur.

Biz bundan sonra da öz işimizi günün tələbləri səviyyəsində qurmağa çalışacağıq.       

ə.Bafadarov

Nizami rayonu Keşlə Bələdiyyəsinin sədri   

ŞƏRHLƏR