Nizami Rayon Keşlə bələdiyyəsinin hesabatını təqdim edirik:
Ölkəmizdə demokratik dəyərlərin inkişafı get-gedə daha bariz şəkildə özünü göstərməkdədir. Bunun diqqət çəkən nümunələrindən biri də yerli özünüidarəetmə qurumu olan bələdiyyələrdir. Onların fəaliyyəti daim təkmilləşir, hüquqi müstəvidə yeni-yeni uğurlar əldə olunur. Keşlə bələdiyyəsi bu prosesdən geri qalmır, qazanılmış təcrübədən səmərəli şəkildə istifadə edərək fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş iməcilik keçirilmişdir.
Keşlə bələdiyyəsi ilə 201 saylı orta məktəb 26 fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Keşlə qəsəbə gəncləri arasında Novruz bayramına həsr olunmuş futbol yarışı təşkil edilmiş və qalib gələn komandaya fəxri fərmanlar verilmişdir.
31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Keşlə qəsəbəsində yerləşən məktəblərin şagirdlərinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsinin təşkili üçün 300 manat məbləğdə vəsait ayrılmışdır. 04 may tarixində Nizami bələdiyyəsi ilə Keşlə bələdiyyəsi arasında Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
5 may tarixində qəsəbədə yaşayan iki nəfər Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilmiş və veteranların hər birinə 100 manat məbləğində maddi yardım göstərilmişdir.
06 may tarixində qəsəbədə yerləşən 328 saylı orta məktəbdə Qələbə gününə həsr olunmuş “şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda bələdiyyə tərəfindən təşkil olunmuş inşa yazı müsabiqəsində qalib gələn şagirdlərin mükafatlandırılması məqsədilə 250 manat məbləğdə vəsait ayrılmışdır.
Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Keşlə qəsəbə parkında Keşlə bələdiyyəsinin kollektivi tərəfindən yaşıllaşdırma işləri (bəzək güllərinin əkilməsi) aparılmışdır. Bu məqsədlə 270 manat məbləğdə vəsait ayrılmışdır.
Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 05 may tarixində Heydər əliyev Mərkəzinə qəsəbə məktəblərinin şagirdləri ilə ekskursiyanın təşkilinə 200 manat məbləğdə vəsait ayrılmışdır.
28 may Respublika hünü münasibətilə 22 may tarixində Dövlət Bayrağı Muzeyinə qəsəbə məktəblərinin şagirdləri ilə ekskursiya təşkil edilmişdir.
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə 02-03 iyun tarixlərində Keşlə bələdiyyəsində qəsəbə məktəblərinin şagirdləri arasında keçirilmiş şahmat yarışının qaliblərinin mükafatlandırılması məqsədilə 200 manat məbləğdə vəsait ayrılmışdır.
24 iyun tarixində Keşlə bələdiyyəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə qəsəbə məktəbliləri ilə Qarabağ müharibəsi veteranlarının görüşü (seminar-məşğələ) keçirilmişdir.
2016-cı ilin 6 ayı ərzində Keşlə bələdiyyəsinə ümumilikdə 133 ərizə və 44 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 67 məktub göndərilmiş, arayışlar isə 12 nəfərə verilmişdir. 39 nəfər əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir. Qeyd edək ki, bütün ərizə və məktublara operativ, müsbət cavab verilmişdir. Qəsəbədə yaşayan şəhid ailələri, əlillər və aztəminatlı ailələrə, cəmi 300 nəfərə Novruz və Ramazan bayramları münasibətilə ərzaq yardımı edilmişdir. 11 nəfərə ümumilikdə 1650 manat məbləğində maddi yardım ayrılmışdır.
6 ay ərzində ərazidə yaşayan və fəaliyyət göstərən fiziki şəxslərə torpaq və əmlak vergisinin ödənilməsi üçün bildirişlər paylanılmış və vergilərin bələdiyyənin Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankdakı, “Azərpoçt” ASC-nin 3 saylı poçt filialında açılmış hesablarına ödənilməsi üçün vergi ödəyiciləri arasında müvafiq maarifləndirmə işləri aparılmışdır.
2016-cı ilin 6 ayı ərzində yaşayış sahələrindən yığılan rüsumlar: torpaq vergisi 21300 manat, əmlak vergisi 33942 manat; sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan rüsumlar: icarə haqqı 1758 manat, mehmanxana rüsumu 600 manat; dotasiya 6400 manat, ümumilikdə mədaxil 64000 manat olmuşdur. Bələdiyyənin xərcləri isə bunlardır: əmək haqqına (o cümlədən gəlir vergisi və sosial-müdafiə fonduna köçürmələr) 49288 manat, Keşlə parkının saxlanılmasına 3520 manat, təhsil sahəsinə 1000 manat, maddi yardım 1650 manat, digər xərclər 11333 manat, ümumilikdə məxaric 66791 manat olmuşdur.
01.01.2016-cı ilə qalıq 12073 manat təşkil etmişdir.
Keşlə bələdiyyəsi dövlətin siyasətinin uğurla həyata keçməsi işində aktiv iştirak edir, qəsəbə əhalisinin sosial problemlərinin həllində, istirahətinin və asudə vaxtının səmərəli təşkilində əlindən gələni əsirgəmir.
ələmdar Vafadarov
Nizami Rayon Keşlə Bələdiyyəsinin sədri