sorğu
Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Vafadarovun Belediyye.infoya verdiyi məlumata görə, inzibati ərazisində bir mehmanxana fəaliyyət göstərir və bu mehmanxana xidmətindən bələdiyyə büdcəsinə 2015-ci il ərzində 1200 manat vəsait daxil olub.
Sədrin sözlərinə görə, bu vergi növünün tətbiqində yaranan problemə gəldikdə vergi mehmanxana sahibinin xidmət göstərilənlərin sayı barəsində verdiyi məlumata əsasən hesablanır: “Bələdiyyə tərəfindən mehmanxanada qalan qonaqların sayını öyrənmək heç bir yolla mümkün olmadığı üçün onlar öz məlumatlarında neçə nəfər göstərirsə, o rəqəmlə kifayətlənməyə məcburuq.”
Belediyye.info