Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Vəfadarovun Belediyye.infoya verdiyi məlumata görə, cari ilin birinci yarısında bələdiyyə bir sıra ciddi layihələri icra edib. Sədrin sözlərinə görə, hesabat dövründə Keşlə bələdiyyəsinə ümumilikdə 52 ərizə və 20 məktub daxil olub. Bütün ərizə və məktublara operativ baxılaraq müsbət cavab verilib.Bələdiyyənin həyata keçirdiyi sosial layihələr çərçivəsində qəsəbədə yaşayan şəhid ailələri, əlillər və aztəminatlı ailələrinə, ümumilikdə 135 nəfərə Novruz bayramı münasibətilə ərzaq yardımı edilib. Bununla yanaşı 5 nəfərə 850 manat məbləğində maddi yardım ayrılıb.
I rüb ərzində ərazidə yaşayan və fəaliyyət göstərən fiziki şəxslərə torpaq və əmlak vergisinin ödənilməsi üçün bildirişlər paylanılaraq yerli vergilərin bələdiyyənin Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankdakı, poçt şöbəsində açılmış hesablarına ödənilməsi üçün vergi ödəyiciləri arasında müvafiq maarifləndirmə işləri aparılıb.
Sədrin fikrincə bundan sonra da Keşlə bələdiyyəsi öz işlərini müasir dövrün tələblərinə uyğun səviyyədə qurmağa çalışacaqdır.
Belediyye.info