19 oktyabr 2018-ci il tarixdə "Yerli Demokratiya Həftəsi" çərçivəsində Keşlə bələdiyyəsinin inzibati binasının akt zalında qəsəbə sakinləri, ağsaqqallarla növbəti görüş keçirilmişdir. Bu barədə məlumatı Nizami rayonu Keşlə bələdiyyəsi yayıb.
Görüşdə bələdiyyə Sədri ələmdar Bafadarov bəldəyyənin doqquz aylıq fəaliyyətinə qısa bir nzərə saldı.
Sədrin hesabatında qeyd edilir ki, bələdiyyə daim Keşlə qəsəbə parkının abadlaşdırılması, orada səliqə-səhman yaradılması və müasir dövrün tələblərinə uyğun səviyyədə olmasına nail olmağa çalışır.
Bu məqsədlə 9 ay ərzində bələdiyyə büdcəsindən Keşlə parkının saxlanmasına 7920 manat vəsait ayrılmışdır.
201 saylı tam orta məktəbdə 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “31 mart – azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifəsidir” adlı inşa yazı müsabiqəsi keçirilmiş, qalib gələn şagirdlər mükafatlandırılmış və buna 260 manat xərclənmişdir.
Bələdiyyənin həyata keçirdyi maraqlı layihələrdən biri də Keşlə qəsəbəsinin sakini M.Ağayev küçəsi ev 19/1 ünvanda yaşayan Sosialist əməyi Qəhrəmanı Məmmədov Hümmət Musa oğlu ilə 90 illik yubileyi münasibətilə görüşün təşkili olmuşdur.
Novruz, Ramazan və Qurban bayramlarında şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə, ümumilikdə 400 nəfərə ərzaq yardımı verilmiş, bu məqsədlə bələdiyyə büdcəsindən 1200 manat pul vəsaiti xərclənmişdir.
26 iyun Silahlı Qüvvələr günü münasibətilə bələdiyyənin binasında Qarabağ müharibəsi veteranları ilə gənclərin görüşü keçirilmişdir. iyun ayında qəsəbədəki xeyir-şər evində imkansızlara, şəhid ailələrinə və əlillərə, cəmi 600 nəfərə Ramazan ayı münasibətilə millət vəkili Rövnəq Abdullayevin dəstəyi ilə iftar süfrəsi verilmişdir.
2018-ci ilin 9 ayı ərzində 13 nəfərə ümumilikdə 740 manat məbləğində maddi yardım verilmişdir. Keşlə qəsəbə sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq I Köndələn küçəsindəki boş sahənin abadlaşdırılması üçün bələdiyyə büdcəsindən 6400 manat vəsait xərclənmişdir. Belə ki, yaşlı nəslin nümayəndələrinin rahatlığı üçün ora skamyaların və söhbətkeşlər qoyulması, çox sayda ağacların budanması, yerə daş örtüyünün döşənməsi, bağa əlavə olaraq gül kollarının əkilməsi, azyaşlı uşaqlar üçün əyləncəli oyuncaq və karusellərin qurulması, hasarın malalanması, işıq fənərlərinin quraşdırılması və s. işlərin görülməsi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin bağda abadlıq işləri davam etdirilir. Sədr sonda çıxışında bildirb ki, bundan sonra da öz işimizi günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcəyik.
Görüşün sonunda bələdiyyə sədri və digər məsul vəzifəli şəxsləri sakinləri narahat edən sualları cavablandırmış, həmçinin Yerli Demokratiya Həftəsinin əhəmiyyətindən danışmışlar.
Belediyye.info
|
|
|
|
|
|