"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə nə qədər maliyyə yardımı köçürüb?

--2023-03-03 / 15:06

Nizami rayonu Keşlə bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə maliyyə yardımı edib. Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bu barədə məlumat adıçəkilən bələdiyyələrdən daxil olub.

Bələdiyyədən verilən məlumatda bildirilir ki, bələdiyyə iclasının qərarıyla bu məbləğin həcmi  iki beş yüz manat müəyyən edilib.

Bələdiyyə iclasında iştirak edən hər bir üzv belə çətin anda qardaş Türkiyəyənin yanında olduqlarını bildiriblər. 

Qeyd edək ki, Türkiyədə zərər çəkənlərə Azərbaycan bələdiyyələri də öz dəstəyini göstərməkdə davam edir.

Belediyye.info

ŞƏRHLƏR