"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsində ordu quruculuğundan danışıblar

--2018-06-25 / 20:15

Nizami rayon Keşlə bələdiyyəsində ələmdar Bafadarovun sədrliyi ilə Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Keşlə qəsəbə məktəbliləri və müharibə veteranları, o cümlədən sədr müavini iradə Həsənova, komissiya sədri Xanım əliyeva, bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

Görüşdə rayon veteranlar surasının üzvləri Məhi Mehdiyev, Heydər Rəhimov, Qəhrəman Qasımov və Rəcəb Baxşıyev iştirak ediblər. Bu barədə məlumatı Keşlə bələdiyyəsi yayıb.

Veteranlar sagirdlərə keçdikləri döyüş yollarından danısıblar. Veteranlar həmçinin şagirdlərə Ulu Öndər Heydər əliyevin siyasəti nəticəsində ölkəmizdə aparılan ordu quruculuğundan və ordumuzun möhkəmlənməsindən, Prezident ilham əliyevin ordumuza gösfərdiyi qayğı barədə məlumatlar çatdırıblar.

Belediyye.info

ŞƏRHLƏR