"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Keşlə bələdiyyəsinin gördüyü işlər barədə -HESABAT

--2019-07-06 / 18:41

2019-cu ilin yanvar ayında 312 saylı tam orta məktəbdə “2018-ci il – Müstəqillik ili”nə həsr olunmuş yekun fotomüsabiqədə qalib gələn şagirdlər mükafatlandırılmış, şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarları ziyarət edilmiş və bütün şəhidlər, o cümlədən aprel şəhidləri yad edilmişdir. Fevral ayında 201 saylı tam orta məktəbdə şəhid əliyev Ayaz Arif oğlunun şəhid olmasının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilmişdir.                                                                             Novruz bayramı münasibətilə 19, 20, 21 mart tarixində 3 gün ərzində qəsəbədəki 1941-1945 parkında Keşlə sakinləri üçün şənliklər keçirilmiş, konsert proqramı təşkil olunmuş, Novruz bayramı üçün cürbəcür xonçalar bəzədilmiş, manqallar düzülmüş, çay və yemək süfrəsi təşkil olunmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən 3000 manat pul vəsaiti xərclənmişdir. 

Aprel ayında “Azərbaycan uşaqları” ictimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində yaşayan valideyn himayəsindən məhrum olan uşaqlara yardım verilməsi üçün bələdiyyə büdcəsindən 200 manat pul vəsaiti xərclənmişdir. May ayında Ümummilli lider Heydər əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər əliyev Mərkəzinə qəsəbə ərazisində yerləşən 4 orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunmuş və 28 may – Respublika Günü münasibətilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna Keşlə qəsəbə məktəblilərinin ekskursiyasının hər birinə ayrı-ayrılıqda bələdiyyə büdcəsindən 250 manat, ümumilikdə 500 manat pul vəsaiti xərclənmişdir.           

May ayında qəsəbədəki Xeyir-şər evində imkansızlara, şəhid ailələrinə və əlillərə, cəmi 800 nəfərə Ramazan ayı münasibətilə millət vəkili R.Abdullayevin dəstəyi ilə iftar süfrəsi verilmişdir.               Keşlə bələdiyyəsinə müraciət edən vətəndaşlara da köməklik olunmuşdur. Belə ki, P.Fərzəliyev küç., ev 212 ünvanında yaşayan Abbasova Gülnaz Xanağa qızına güclü külək nəticəsində yararsız hala düşmüş evinin dam örtüyünün tamamilə yenilənməsinə bələdiyyə büdcəsindən 557 manat, digər bir zərərçəkmiş P.Fərzəliyev küç. ev 212A ünvanda yaşayan Nəcəfov ismayıl Nəcəf oğluna isə evinin dam örtüyünün bir hissəsinin yenilənməsi üçün 200 manat vəsait, Kəndçi küç., ev 8-də yaşayan Bağırova Xalidə Eyvazəli qızının evinin həm dam örtüyünün tamamilə yenilənməsinə, həm də evinin tavanının, döşəməsinin əsaslı təmirinə, pəncərələrinin, giriş qapısının dəyişdirilməsinə kömək məqsədilə bələdiyyə büdcəsindən 800 manat, P.Fərzəliyev küç., ev 24V ünvanda yaşayan şəhid ailəsi Qurbanova Nəzakət Abdulla qızının evinin təmir işləri üçün 600 manat, N.Abdullayev küç., ev 4 ünvanda yaşayan özü və həyat yoldaşı gözdən əlil olan və xərçəng xəstəliyindən əziyyət çəkən qızı olan Məmmədova Badisəba Niftulla qızına 150 manat pul vəsaiti verilmişdir. Yanvar ayında vətəndaşlara 607 manat, fevral ayında 1050 manat, mart ayında 270 manat, aprel ayında 720 manat, may ayında 440 manat, iyun ayında 300 manat, ümumilikdə hamısı daxil olmaqla 2019-cu ilin 6 ayı ərzində 16 nəfərə cəmi 3387 manat maddi yardım verilmişdir. 

 Bundan başqa tərəfimizdən müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin evləri üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq Bakı şəhəri icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi idarəsinə müraciət edilmişdir.                                                               2019-cu ilin 6 ayı ərzində bələdiyyəyə 247 ərizə və 57 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 73 məktub göndərilmiş, 22 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 71 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.

Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək.  

 

ələmdar Bafadarov

Nizami Rayonu Keşlə bələdiyyəsinin sədri                                                                                                                        

           

 

ŞƏRHLƏR